...Ötən gün axşam saat 19:00 radələrində metronun "20 yanvar" dairəsi kimi tanınan ərazidə nəqliyyatın hərəkətində donma baş vermişdir...

"Təzadlar"ın əməkdaşları bu ərazidə baş tutatacaq tədbirə çatmaq üçün adı çəkilən ərazidə ən azı 40 dəqiqə vaxt itirməli oldular.

Bəs nə baş verir? Əməkdaşımız Elçin Məmmədli deyir ki, "...Yol polisi də bu mənzərədə aciz idi, çünki Sumqayıt, Xırdalan və Masazır istiqamətindən 20 yanvar metrostansiyası ətrafına axın eləcə də bu ərazidən əks istiqamətə axın səbəbilə yaranan sıxlıq problemi uzun müddətə yolun bağlanmasına səbəb olmuşdur... Mən hər axşam evə gedən zaman bu ərazidən ta "Ekologiya postu" adlandırılan yerə qədər getmək üçün 30-40 dəqiqə vaxt itirməli oluram... Vəziyyət isə uzun müddətdir beləcə davam edir...".

***

Xatırladırıq ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlara dair" keçirilən brifinqdə bu məsələyə də toxunub. Sitat: “Burada qanunsuz daşımalar problemin yaranmasına şərait yaradır. Ona görə də Sumqayıt istiqaməti üzrə bizim 594 və 595 marşrutlarımız fəaliyyət göstərir. Gün ərzində hər iki marşrutla 12 minə yaxın sərnişin daşınır. Bu yalnız Sumqayıt üzrə gedən marşritlarda daşınan sərnişinlərin sayıdır. Yeni 508 saylı marşrut Saray istiqamətində sərnişindaşıma ilə məşğul olur. 1 həftə ərzində artıq sərnişin sayı 6 mini keçib. Görünən odur ki, bu istiqamətdə gedən sərnişinlərin sayı daha çoxdur və buna görə də bir sıra tədbirlərin görülməsi nəzərdə tutulur. Buna dəmir yolunun inkişaf etdirilməsi də aiddir. Yol qovşaqları, yeni yolların inşası da bu tədbirlər sırasındadır”.

Bütün problemlərin həlli üçün nazirlik ciddi tədbir görməlidir.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN