"Bizim yol" qəzetinin baş redaktoru, Əməkdar Jurnalist Bahəddin Həzi Mətbuat Şurasının İdarə Heyətindən istefa verib... Bu barədə o, özünün fb səhifəsində yazıb:
Mətbuat Şurasından istefa verdim.
Azərbaycan Mətbuat Şurasının sədri, cənab Əflatun Amaşova
2018-ci il martın 10-da Azərbaycan Jurnalistlərinin VII qurultayında gözləmədiyim halda Mətbuat Şurasının İdarə Heyətinə üzv seçildim. "Gözləmədiyim halda" ifadəsini ona görə işlədirəm ki, ərkim çatan redaksiyalara mənim namizədliyimi irəli sürməməyi xahiş etmişdim. Ancaq buna baxmayaraq, namizədliyimi vermişdilər. O zamandan keçən dörd ilə yaxın müddətin yarısı pandemiya dövrünə düşdü. Normal vaxtlarda isə medianın, jurnalistlərin hüquqlarını və qanuni mənafelərini qorumaq üçün əlimdən gələni etmişəm. Daha çox iş görə bilərdim. Obyektiv və subyektiv səbəblərdən buna imkanım olmadı.
Ancaq qərara gəlmişəm ki, Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefa verəm. Buna səbəb fevralın 5-də Milli Məclisin deputatı Cavanşir Feyziyevin feysbuk sosial şəbəkə platformasındakı özünə məxsus səhifəsində Azərbaycan jurnalistlərinin, o cümlədən, mənim haqqımda böhtan və təhqir dolu status paylaşması, mən də daxil olmaqla xeyli sayda jurnalisti təhqir etməsi və bir sıra ağır cinayətlərdə ittiham etməsi olub. Eyni zamanda Cavanşir Feyziyev də Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Belə bir adamla eyni qurumda təmsil olunmaq istəmirəm. Buna görə də Azərbaycan Mətbuat Şurasın İdarə Heyətində fəaliyyətimi dayandıraraq üzvlükdən çıxdığımı bəyan edirəm.
Fəaliyyətim dövründə Azərbaycan mediasının müdafiəsi və inkişafı üçün edə bilmədiklərimə görə jurnalist həmkarlarımdan üzr istəyirəm. Mətbuat Şurasında təmsil olunan həmkarlarıma isə uğurlar arzulayıram!
Hörmətlə;
Bahəddin Həziyev
05 fevral 2022-ci il
Həftənin birinci günü bu ərizə Mətbuat Şurasına göndəriləcək. Ancaq mən eyni zamanda Cavanşir Feyziyevin Mətbuat Şurası İdarə Heyətində qalıb-qalmaması məsələsi müzakirəyə çıxarılmalıdır.
*** 
Xatırladırıq ki, son günlər Jurnalistlərin fövqəladə qurultayının çağrılması barədə sosial mediada geniş müzakirələr gedir...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN