"Kreml əmin edir ki, guya onlar "münaqişənin nizamlanması" üçün ukraynalı və xarici tərəfdaşlarla dialoqa hazırdırlar, lakin Ukrayna Rusiya Federasiyasının tələblərini yerinə yetirməyincə müharibəni dayandırmayacaqlar".
Bu barədə rəsmi Kremlin saytı məlumat yayıb: “Münaqişənin həlli üçün Rusiya tərəfinin Ukrayna hakimiyyəti və xarici tərəfdaşlarla dialoqa hazır olduğu təsdiqləndi...".
Eyni zamanda, Kreml Ukrayna təhlükəsizlik qüvvələrinin öz qüvvələrini və vasitələrini yenidən toplamaq üçün istifadə etdiyi danışıqlar prosesini uzatmaq cəhdlərinin nəticəsizliyinə diqqət çəkib. Bu baxımdan xüsusi əməliyyatın dayandırılmasının yalnız Kiyevin hərbi əməliyyatları dayandırması və Rusiyanın məlum tələblərini yerinə yetirməsi şərtilə mümkün olduğu vurğulanıb.
Xatırladırıq ki, Putin Ərdoğana "xüsusi əməliyyatın" plana uyğun getdiyi ilə öyünüb, lakin o, yalnız hərbi infrastrukturu bombaladığını iddia edib. Bölgədən yayılan videogörüntülər isə əksini təsdiqləyir: Rusiyanın hərbi qüvvələri bütün mülki əraziləri, eləcə də elektrik, qaz və su mənbələrini, yaşayış binalarını bombalayır...
A.Məmmədli