Rusiya və Ukrayna arasında danışıqların növbəti raundu bu gün keçiriləcək.
TASS xəbər verir ki, bu barədə “Strana” nəşri məlumat yayıb.
Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Rusiya nümayəndə heyətinin üzvü, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski YouTube-da “Solovyev live” proqramında qarşıdan gələn danışıqlarla bağlı məlumatı təsdiqləyib.
Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü, Ali Radada hakim olan “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamia Moskvanın şərtləri ilə Kiyevin razılaşa bilməyəcəyini deyib.
“Razılaşmağın demək olar ki, mümkün olmadığı yeganə iki hissə Krım və iki qondarma respublikadır. Rusiya israrla onların müstəqilliyini tanıyır. Bu, Ukraynanın bir hissəsidir. Təbii ki, bu mövqe Ukrayna cəmiyyəti üçün qəbuledilməzdir”, - deyə Araxamiya bildirib.
E.ŞİRİNOV