Bir sıra rus hərbçiləri Ukraynada qalmağa qərar verdilər: çünki onları Rusiyada dəfn mərasimləri gözləyir...
Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülən bir sıra rusiyalı hərbçilər Rusiyada Putin rejimi fəaliyyət göstərdiyi müddətdə Ukraynada qalmağa qərar verib."Təzadlar" dünya mediasına istinadla bildirir ki, bu gün İnterfaks-Ukrayna agentliyində rusiyalı hərbi əsirlərin mətbuat konfransı keçirilib. Belə ki, Moskva şəhəri, 2-ci motoatıcı diviziyasının 1-ci tank alayının 58198 saylı hərbi hissəsindən kiçik serjant Andrey İliç Çebotarevski konfransda deyib ki, artıq Rusiyada onu dəfn mərasimi gözləyir: "Rusiyada dəfn mərasimləri bizi gözləyir, bunun üçün bizi artıq ölü hesab edirlər. Biz istəyirik ki, insanlar bizim sağ olduğumuzu bilsinlər. Biz ən azı orada Putin rejiminin mövcud olduğu müddətdə Ukraynada qalmaq istəyirik. Biz ora qayıtmağa qorxuruq, çünki Rusiya prezidentinə görə biz cinayətkar olmuşuq... Mənə valideynlərimə zəng etmək, sağ olduğumu bildirmək imkanı verildi. Zəng edəndə isə mənə evdən dəfn mərasiminə hazırlaşdıqlarını dedilər. Rusiya Federasiyasında məni ölmüş hesab edirlər. Əgər öldürəcəklərsə, özümüz özümüz tərəfindən vurulacağıq”.
Çebotarevski həmçinin təsdiqləyib ki, rusiyalı çağırışçılar Ukraynada döyüşürlər, onların razılığı olmadan onlar üçün müqavilə bağlayırlar. "Biz Rusiya prezidenti Vladimir Putinin yalançı olduğunu canlı sübut edirik. O, mətbuat konfranslarında bəyan edir ki, burada çağırışçılar yoxdur. Yalnız podratçılar var. Əslində, bu, heç də belə deyil".
Çebotarevski əlavə edib: “Rusiyada hərbi xidmətə gələn hərbçilər üçün müqavilə bağlayırlar – sadəcə olaraq sənədləri toplayır, emal edir, fotoşop edir, əmrlərdən çıxarış alır, onların yerinə imzalayır və onlar beləcə müqaviləli hərbçi olurlar. oMənim üçün də beləcə müqavilə imzaladılar. Mən çıxmağa çalışdım, amma hər şey uğursuz oldu".
Çebotarevskinin sözlərinə görə, bir əsgər Ukraynaya qarşı müharibədə iştirak etmək istəmədiyi üçün döyülüb və xidmətə davam etməyə məcbur olub.
***
Sıravi Palnov Valeri Vladimiroviç isə deyib ki, anası hərbi komissarlığa zəng vurub və ona oğlunun Voronej yaxınlığında təlimlərdə olduğu deyilib.
91701 saylı hərbi hissədən motoatıcı Smirnov Yevgeni İvanoviç Ukrayna ərazisinə hiylə ilə girdiyini bildirib. "Axtırka yürüş etdik, kolonkaya atəş açıldı, möcüzə nəticəsində sağ qaldım. Özümü təslim etdim, maşından düşdüm, silahlarımı yerə qoyduq. Rusiya ordusunun Ukrayna ərazisində nə etdiyini mənə göstərəndə sadəcə şoka düşdüm... Mən də könüllü olaraq Ukraynada qalmaq istəyirəm. Çünki nə qədər ki, Putinin qanunu qüvvədədir, hətta dəyişmə ilə belə çətin olacaq: ya həbs edəcəklər, ya da güllələyəcəklər. Çox güman ki, öldürəcəklər...".
Beləcə, Rusiya ordusunda baş verənlər artıq rusiyalıları da dəhşətə gətirməkdədir. Rus əsilli sosial şəbəkə istifadəçilər güvəndikləri ordunun əməllərindən və düşdüyü vəziyyətdən sarsıldıqlarını yazırlar.
A.Məmmədli