"Siz bizə inanmadınız və Putinlə dialoqun vacibliyində israr etdiniz"

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Almaniyanı Ukraynaya daha çox silah verməyə çağırıb və Rusiyanın hücumundan sonra qərarın verilməsində gecikməyə görə sərt şəkildə tənqid edib.

“Evropeyskaya pravda”nın  məlumatına görə, o, bu barədə Die Welt alman qəzetindəki məqaləsində qeyd edib.

"Ukraynanın köməyə ehtiyacı var. Bizə daha çox silah verin ki, özümüzü müdafiə edə bilək”, - nazir yazıb.

Kuleba Almaniyaya səslənərək “Bizə kömək edin, səmamızı qoruyaq, döyüş təyyarələri ilə təmin edin - tank əleyhinə, hava hücumu əleyhinə,  raket əleyhinə daha ciddi silahlar təqdim edin.  Rusiyanın enerji daşıyıcılarından imtina edilməsi, Sberbank-ın SWIFT-dən ayrılması, Rusiya banklarının və şirkətlərinin müxbir hesablarının dondurulması, Rusiya gəmilərinin Avropa limanlarına girişinə qadağa qoyulması da daxil olmaqla, Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirin”, - deyə qeyd edib.

O xatırladıb ki, Ukrayna hökuməti hələ hücum başlamazdan öncə, qabaqlayıcı sanksiyalar tətbiq etməyi xahiş edib və “Şimal axını - 2” qaz kəmərini çəkməməyə çağırıb.

"Biz silah verilməsini istədik və cavab olaraq "tarixi məsuliyyət" haqqında hekayələr eşitdik. Bu, nədənsə, rusiyalılara şamil edildi, amma ukraynalılara deyil. Biz “Şimal axını – 2”ni (qaz kəməri - red.) tikməməyi xahiş etdik. Amma siz bunun sırf "kommersiya" layihəsi olduğunu dediniz”, - deyə iradını bildirib.

Daha sonra nazir keçmişin səhvlərini təkrarlamamağı və onu fəlakətdən əvvəl dayandırmağı xahiş etdiklərini “Siz bizə inanmadınız və Putinlə dialoqun vacibliyində israr etdiniz”, - deyə yazıb.

Nazirin sözlərinə görə, Ukraynanın  Rusiyaya qarşı daima tərəfdaşları tərəfindən ictimai təzyiqə ehtiyacı var, o cümlədən hərbi cinayətlərin dayandırılmasını və mülki əhalini xilas etmək üçün humanitar dəhlizlərə icazə verilməsini də tələb edir .

Kuleba daha sonra "Sizdən xahiş edirəm. Gözlərinizi açın” - yazıb.

O qeyd edib ki, ölkənin hazırda yaşadığı dağıntını, kədəri Ukrayna və Avropa 1940-cı illərdə də görməyib.

“Siz hamıdan yaxşı bilirsiniz ki, belə bir vəziyyətdə hər saat gecikmə və şübhə, insan həyatı və daha böyük fəlakətlər bahasına başa gəlir” xəbərdarlığını edib.

Xatırladaq ki, Ukraynaya qoşun yeridilməzdən bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putin RF vətəndaşlarına müraciət edərək, “LXR” və “DXR”-ın suverenliyinin dərhal tanınması barədə qərar qəbul etməyi zəruri hesab etdiyini bildiridi və dərhal sonra “LXR” və “DXR”-ni tanıyan fərmanlar imzaladı.

Fevralın 24-ü Moskva vaxtilə səhər saat 5:30-da Vladimir Putin Ukraynada “xüsusi əməliyyat”ın başladığını elan etdi. Və qeyd etdi ki, RF “Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcək”.

Bu gün Ukraynada başladılmış müharibənin 13-cü günüdür. Hücumun dayandırılması üçün Rusiya prezidenti Vladimir Putin şərtlər irəli sürüb. Ukrayna və Rusiya nümayəndə heyətinin iki dəfə görüşməsinə baxmayaraq, razılaşma əldə edilməyib...

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN