ABŞ rəsmiləri 700 milyon dollarlıq "ŞƏHRAZAD" adlı superyaxtanın sahibliyini yoxlayır və onun Rusiya prezidenti Vladimir Putinlə əlaqəsi ola biləcəyinə inanır.

"Təzadlar" bildirir ki, bu barədə “The New York Times” öz mənbələrinə istinadən xəbər verib. Yaxta hazırda İtaliyanın dənizkənarı qəsəbəsində quru limanındadır. Qəzet yazır ki, “ABŞ kəşfiyyat orqanları “Şəhrazad" superyaxtasının mülkiyyətinə dair qəti nəticə çıxarmayıb, lakin ABŞ rəsmiləri onun Putinlə əlaqəsinin ilk əlamətlərini tapdıqlarını bildiriblər”. ABŞ rəsmilərinin məlumatı qəzetin çərşənbə axşamı İtaliya rəsmilərinin 459 fut uzunluğundakı gəminin sahibliyini yoxladığını yazmasından sonra meydana çıxıb.  Qəzet onu da yazıb ki, keçmiş ekipaj üzvü bunun Putin üçün nəzərdə tutulduğunu aydın şəkildə deyib. Eyni zamanda, nəşrin mənbələri yaxtanın Putinlə əlaqəli olduğunu göstərən hansı məlumatın olduğunu hələki açıqlamayıb. ABŞ rəsmiləri deyirlər ki, Putin sərvətinin cüzi bir hissəsini öz adına saxlayıb, əvəzində o, rus oliqarxlarına məxsus olan evlərdən və qayıqlardan istifadə edib.
Bununla belə, ola bilsin ki, müxtəlif şirkətlər vasitəsilə Putin "Şəhrizad"a birbaşa nəzarət edə bilərdi.
Qəzet Amerika rəsmilərinə istinadən yazır ki, "...yaxta 2020 və 2021-ci ilin yayında Soçidə iki dəfə üzüb. Nəşr həm də koronavirus pandemiyası zamanı Putinin Soçidə çox vaxt keçirdiyini xatırladıb... Həm Xəzinədarlığın Kəşfiyyat və Təhlil Departamenti, həm də Hərbi Dəniz Qüvvələrinin Hərbi Dəniz Kəşfiyyatı Departamenti rus oliqarxlarına bağlı superyaxtaların mülkiyyətini araşdırır. Hərbi Dəniz Qüvvələrinin sözçüsü və Xəzinədarlıq sözçüsü isə bu barədə şərh verməkdən imtina ediblər".
 Ədliyyə Nazirliyi sanksiyalara məruz qalan rusiyalı oliqarxların aktivlərinin axtarışı üçün də xüsusi qrup yaradıb. Cümə günü jurnalistlərə danışan Ədliyyə Departamentinin sözçüsü deyib ki, işçi qrupu Rusiya məmurlarına və ya oliqarxlara öz aktivlərini gizlətməkdə kömək edən şəxsləri də  araşdıracaq. Bu şəxslər sanksiyaları pozmaqda və ya beynəlxalq çirkli pulların yuyulmasında ittiham oluna bilər. Nəşr əlavə edir ki, Ticarət Nazirliyinin qaydalarında bu yaxınlarda dərc edilmiş dəyişikliklərə əsasən, əgər təyyarə və ya yaxtanın 25 faizindən çoxu Amerika istehsalı olan hissələrdən hazırlanırsa, onlar Rusiyaya gedə bilməzlər. Əgər belə bir yaxta başqa ölkənin ərazisində yerləşirsə, Rusiya Federasiyasına getmək üçün ona icazə lisenziyası lazımdır. "Şəhrizad" Toskanadakı Marina di Carrara limanında təmir olunub və bu həftənin əvvəlində quru limanda görünüb.  "Şəhrizad"ın kapitanı Qay Bennett-Pirs isə bu həftənin əvvəlində Putinin super yaxtaya sahib olmadığını və Rusiya prezidentinin ona ayaq basmadığını söyləyib. O, əsl sahibinin adını çəkməkdən imtina edib. Bennett-Pierce cümə günü zənglərə cavab verməyib. "Keçən həftə İtaliya səlahiyyətliləri gəminin mülkiyyəti haqqında daha çox öyrənmək üçün "Şəhrizad" gəmisinə minib sertifikat sənədlərini yoxladılar. Bu həftənin əvvəlində kapitan Bennett-Pierce İtaliya polisinə yaxtanın sahibini aşkar edən sənədləri təqdim edəcəyinə söz verib... İtaliya rəsmiləri “Şəhrizad"ı diqqətlə öyrəndiklərini bildiriblər. Bir neçə həftəyə qədər davam edə biləcək bir prosesdə İtaliyanın maliyyə polisi sübutlar toplayacaq və onları hökumət komitəsinə təqdim edəcək və daha sonra gəminin mülkiyyət və ya istifadəsinin sanksiyalar siyahısı ilə əlaqəsi olub-olmadığına qərar verəcək. Əlaqələr təsdiqlənərsə, "Şəhrizad"ın üzərinə  həbs qoyula bilər", -deyə nəşr yazıb.

Xatırladaq ki, yaxta 700 milyon dollar dəyərində qiymətləndirilir. ABŞ hökuməti Rusiya ilə bağlılığı şübhə doğuran bütün xarici əmlaklara (daşınan və daşınmaz) dair qərarında dəyişməzdir, hamısı müsadirə edilməli, Ukraynanın dağıdılmış ərazilərinə məsrəf olunmalıdır.
A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN