Rusiyanın hava hücumları nəticəsində Mariupolda 2187 vətəndaşın həlak olduğunu bildirib.
Bu barədə Mariupol Şəhər Şurasının rəhbərliyi məlumat yayıb: "24 saat ərzində dinc şəhər ən azı 22 dəfə bombardman edildi. Artıq Mariupola 100-ə yaxın hava bombası atılıb... Bu günə qədər 2187 Mariupol sakini Rusiya Federasiyasının hücumları nəticəsində həlak olub”.
Şəhər şurası bildirib ki, işğalçılar məqsədyönlü şəkildə yaşayış binalarına, insanların sıx toplaşdığı yerlərə zərbələr endirir, uşaq xəstəxanalarını dağıdıb, şəhərin infrastrukturunu tamamilə məhv ediblər. Səlahiyyətlilər qeyd edirlər ki, ən böyük təhlükə səmadan indi şəhərdə blokadaya alınmış 400 min Mariupol sakininə gəlir və səmanı bağlamağa və ya hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə çağırırıq.
Qeyd edək ki, şəhər humanitar fəlakət içindədir, ruslar demək olar ki, bütün şəhəri mühasirədə saxlayırlar və humanitar yardıma icazə vermirlər və evakuasiyaya imkan yaratmırlar.
A.Məmmədli