Rusiya hərbi komandanlığının ikrah hissi doğuran hərəkətləri davam edir: mülki şəxslər oğurlanır, qaçırılır...
Belə ki, bu gün Rusiya hərbçiləri işğal olunmuş Skadovsk şəhərinin meri Aleksandr Yakovlev və onun müavini Yuri Palyuxu qaçırıblar, bu barədə fəal Artem Kostyuchenko Facebook-da məlumat verib. “Elə indi (saat 11:00 radələrində) Rusiya hərbçiləri Skadovsk Şəhər Şurasından mer Aleksandr Yakovlev və Yuri Palyuxu oğurlayıblar”. Kostyuchenko skadovçuları saat 12:00-da mərkəzi meydanlara toplaşmağa çağırıb. "...İnsanlar gəlib “Rus əsgəri – faşist və işğalçı”, “Merimizi qaytarın!”, “Mer!”, “Onu biz seçmişik – bu, bizim merimizdir” şüarları səsləndirirlər. Rus işğalçıları Ukrayna şəhərlərinin işğalçılara tabe olmayan, rus hakimiyyətini tanımayan merlərini oğurlayırlar..." və s.
Rusiya hərbi komandanlığından isə hələki bu məsələyə reaksiya verilməyib.
A.Məmmədli