Ukraynada müharibə davam edir, insanlar ölür, qaçqın düşür, şəhər və kəndlər dağıdılır... 

Rusiya-Ukrayna danışıqları isə hələki arzulanan nəticəni vermir. Bəs Rusiyanın son və qəti, həm də mümkün şərtləri hansılardır, Ukrayna hansı güzəştə gedə bilər??? Ukrayna Rusiya ilə danışıqlarda müharibəyə son qoymağa, təhlükəsizliyin təmin edilməsinə və bütövlüyünün bərpasına çalışır. Bu barədə Prezident Vladimir Zelenskinin dünən axşamkı video-müraciətində deyilir. "Təzadlar" həmin videomüraciətə istinadla bildirir ki, Prezident deyib  ki, Rusiyaya təzyiqləri artırmaq üçün hər gün çoxlu danışıqlar aparılır. O cümlədən danışıqlarda Ukraynanın mövqeyini gücləndirməklə. “İndi hamının məni eşitməsini istəyirəm, bütün Ukrayna vətəndaşlarının, hərbçilərimizin! Danışıqlar davam edir. Danışıqlarda mənim prioritetlərim kifayət qədər aydındır: müharibənin başa çatması, təhlükəsizliyin təminatları, suverenlik, ərazi bütövlüyünün bərpası. Ölkəmiz üçün real təminatlar, ölkəmiz üçün real müdafiə. Vəssalam!”.
 "Təzadlar" onu da xatırladır ki, dünən "Financial Times" danışıqlarda iştirak edən üç mənbəyə istinadən yazıb ki, Ukrayna və Rusiyanın 15 bəndlik sülh sazişi üzrə danışıqlar aparılır. Əsas şərt isə Ukrayna ərazisinə fevralın 24-dən sonra daxil olan Rusiya qoşunlarının Ukraynadan çıxarılmasıdır.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN