Rusiyanın hərbi-siyasi rəhbərliyi Ukrayna cəbhəsindəki itkilərini nə qədər çalışsa da gizlədə bilmir...
Belə ki, Voronej şəhərində Ukrayna müharibəsində həlak olan aviasiya alayının komandir müavini, polkovnik-leytenant dünən dəfn edilib. Bu barədə
"Ria Novosti" məlumat yayıb. Rusiya nəşrinin məlumatına görə, çərşənbə axşamı, martın 16-da aviasiya alayının komandir müavini, polkovnik-leytenant Oleq Çervovun ölümü ilə bağlı rəsmi məlumat yayılıb. “Ukrayna ərazisində keçirilən xüsusi əməliyyat zamanı həlak oldu", - deyə nəşr yazıb.
Rəsmi qaynaqlara görə, indiyədək Rusiyanın müharibə bölgəsində 3 generalı öldürülüb, on mindən çox hərbçi, çoxsaylı hərbi texnika məhv edilib.
A.Məmmədli