Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən verilən məlumata görə, Rusiya biznes və siyasi elitası arasında Putini aradan götürməyi  planlaşdıran nüfuzlu şəxslər formalaşıb.

Məlumatda bildirilir ki, Putinin tez bir zamanda hakimiyyətdən uzaqlaşdırılması ilə Qərblə və Ukrayna ilə müharibəni dayandırmaqla, dağılmış iqtisadi əlaqələrin bərpası nəzərdə tutulub. Sitat: “Rusiya Federasiyasının siyasi elitasının müəyyən hissəsi FTX-nin direktoru Aleksandr Bortnikovu Putinin varisi hesab edir. Bu yaxınlarda Rusiya diktatorundan acıqlı olan da Bortnikov olub.
Məhz Bortnikov və onun şöbəsi əhalinin əhval-ruhiyyəsini və Ukrayna ordusunun qabiliyyətini təhlil etməyə cavabdeh idi. 
Məlumdur ki, Bortnikov və Rusiya elitasının bəzi digər nüfuzlu nümayəndələri Putini hakimiyyətdən uzaqlaşdırmaq üçün müxtəlif variantları nəzərdən keçirirlər. Xüsusilə, zəhərlənmə, qəfil xəstəlik və ya digər "qəza" istisna edilmir. Ola bilsin ki, bu yaxınlarda Kiyevin şimalında çeçen bölmələrinin yerləşdirilməsi barədə məlumatın kənara “sızması” da bu proseslərlə bağlıdır”.

Rusiyanın Ukraynaya qarşı dəhşətli dağıntılarla davam edən müharibəsi isə pis sonluq vəd edir. Rusiya ordusuna NATO-ya üzv ölkələrdən edilən hərbi yardımlar isə böyük ziyan vurmaqdadır.

A.Məmmədli 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN