Azərbaycan vətəndaşı Fərid Səfərli İran həbsxanasından azad edilərək ölkəsinə qaytarılıb.

Tezadlar.az xatırladır ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Azərbaycan Xarici İşlər Nazirliyinin yanvarın 20-də yaydıqları birgə məlumatda deyilir.

“Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı, 2023-cü ildə İran İslam Respublikasında saxlanılmış Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində 18.01.2025-ci il tarixində İran İslam Respublikasından təhvil alınaraq ölkəmizə qaytarılmışdır. Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşmuşdur”, - DTX və XİN-nin birgə press-relizlndə qeyd olunur.

QEYD:  Almaniyada təhsil alan Azərbaycan vətəndaşı Fərid Səfərli 2023-cü ilin martında birlikdə oxuduğu tanışı ilə görüşmək üçün getdiyi İranda yoxa çıxıb. Sonradan İran hakimiyyəti onun casusluq ittihamı ilə həbs edildiyini təsdiq edib. Sonradan ittiham "casusluq niyyətinə" tövsif edilib. 2023-cü ilin avqustunda Səfərli 2 illik azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Noyabrda İranın Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN