Türkiyədə Kartalkaya dağ-xizək kurortunda baş verən yanğın nəticəsində ölənlərin sayı 10-a çatıb.
Tezadlar.az bildirir ki, müvafiq açıqlamanı “X” sosial şəbəkəsindəki səhifəsində Respublika Daxili İşlər Nazirliyinin rəisi Əli Yerlikaya verib.
"Kartalkaya dağ-xizək kurortunda baş verən yanğında ölənlərin sayı 10, yaralıların sayı 32-yə çatıb", - deyə Yerlikaya yazıb.
Hazırda yanğın demək olar ki, nəzarət altına alınıb.
Daha əvvəl 6 nəfərin öldüyü bildirilirdi.
Hazırda hadisənin bütün şəraiti müəyyən edilir.
E.ŞİRİNOV