Nəhayət, İsrail hökuməti Fələstinin HƏMAS hərəkatı ilə Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların azad edilməsi barədə sazişi təsdiqləyib.

Tezadlar.az CNN-ə istinadla xatırladır ki, bu barədə İsrailin "Sputnik" qəzeti məlumat yayıb. Qəzetin rəhbəri Mark Qorin bu barədə "Təzadlar"a göndərdiyi elektron məktubunda da yazıB.
Qeyd edək ki, İsrail və HƏMAS arasında razılaşma yanvarın 16-da axşam Dohada əldə edilib. O da məlum olur ki, sazişin bağlanması üzərində ABŞ-nin seçilmiş prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff, Ağ evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqerk, habelə Qətər və Misir vasitəçiləri işləyiblər.

Beləliklə, Qəzzada dayanıqlı sülh üçün yeni imkan yaradıldı. İndi qalır onu qoruyub saxlamaq...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN