ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəyə başladığı ilk gün təxminən 100 fərman imzalayacağını açıqlayıb.
Tezadlar.az Reuters-ə istinadla bildirir ki, bu barədə Donald Tramp öz açıqlamasında qeyd edib. O bildirib ki, Bayden administrasiyasının radikal və axmaq icra sərəncamları bir neçə saat sonra ləğv ediləcək: "Bayden administrasiyasının hər bir radikal və axmaq əmri mən and içdiyimdən bir neçə saat sonra ləğv ediləcək. Biz Amerika və onun maraqlarını əsas tuturuq və hər şey sabahdan başlayır. Sabah televizora baxaraq çox əylənəcəksiniz”, - deyə prezident qeyd edib. Tramp, həmçinin yaxın vaxtlarda Amerika tarixində ən böyük deportasiya əməliyyatına başlayacağını vəd edib. Artıq bəzi sərəncamların icrasına da başlanılıb. İlk növbədə 1500 məhbus əfv olunub...
A.Məmmədli