Azərbaycan Müdafiə Nazirliyi Rusiya Federasiyasından Ermənistan qoşunlarını Azərbaycanın dünya tərəfindən tanınmış ərazilərindən çıxarmağı və bir daha “Dağlıq Qarabağ” ifadəsindən istifadə etməməyi tələb edir.

tezadlar.az xatırladır ki, Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında belə deyilir.  “Azərbaycan Müdafiə Nazirliyi üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Rusiya Federasiyasının Müdafiə Nazirliyini Ermənistan ordusunun qalıqlarının və qanunsuz erməni silahlı birləşmələrinin ərazilərdən tam çıxarılmasını təmin etməyə çağırır. Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınması, Azərbaycanın silahlı qüvvələrinin ölkəmizin suveren əraziləri daxilində hərəkətini təhrif etməmək, “Dağlıq Qarabağ” ifadəsini işlətməmək və Azərbaycan ərazilərinin adını düzgün göstərməmək gərəkdir".
Martın 25-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub. Nazirlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi tanınmamış "Dağlıq Qarabağ Respublikası" adlı qondarma qurumun adının yenidən hallanbası və Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Azərbaycan bəyan edib ki, onlar “Rusiya Federasiyası Müdafiə Nazirliyinin 26 mart 2022-ci il tarixli birtərəfli, reallığı əks etdirməyən bəyanatı ilə əlaqədar təəssüflənirlər” ( Rusiya Federasiyası Azərbaycanı məlum müqaviləni pozmaqda və Azərbaycan ərazisini işğal etməkdə ittiham edib. Rusiya Federasiyasının "sülhməramlılarının" məsuliyyəti də xatırlanıb. red.).
Azərbaycan qeyd edir ki, “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Və bəyanatda qeyd olunan kəndin adı Furux deyil, Fərruxdur.
 Həsənov Şoyquya bildirib ki, məntəqələrdə mövqelər və yerlər dəqiqləşdirilir, lakin buna baxmayaraq, martın 26-da səhər saatlarında Ermənistanın qanunsuz silahlı birləşmələrinin üzvləri Azərbaycan ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd ediblər.
Azərbaycan Ermənistandan fərqli olaraq 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata sadiq olduğunu və onun müddəalarını pozmadığını bəyan edib.  “Ermənistan ordusunun və qanunsuz erməni silahlı birləşmələrinin qalıqlarının Azərbaycan ərazisindən tam çıxarılması bu bəyanatın 4-cü bəndinə uyğun olaraq hələ başa çatdırılmayıb”.
Azərbaycan da hesab edir ki, Rusiya Federasiyasının bəyanatı “ikitərəfli münasibətlərin xarakterinə ziddir” və 22 fevral 2022-ci ildə imzalanmış müttəfiqlik əməkdaşlığı haqqında bəyannaməyə qəti uyğun gəlmir.
Rusiya Müdafiə Nazirliyi nədənsə reallıqları nəzərə almır və toplum erməni yaraqlılarının hüquqlarını müdafiə mövqeyi nümayiş etdirir. Bu isə təəssüf hissi doğurur.
A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN