booked.net booked.net  

…Yaxşı, yəni keyfiyyətli təhsil və tədris təkcə böyük maliyyədən deyil, həm də normal şəraitdən asılıdır.

Düzdür, maliyyə də o yaxşı şəraitin  əsasını təşkil edir. Amma o da var ki, Sovetlər dönəmində uçuq-sökük daxmalarda, qaranlıq otaqlarda təhsil alıb sonra Azərbaycanın və dünyanın tanınmış alimi olmuşlarımızı hamı tanıyır… Təsəvvür edin, o vaxt indiki şərait olsaydı, alimlərimizin səsi yerdən yox, göydən-kosmosdan, Aydan, Günəşdən gələrdi…

***

Sözümün mətləbi var: 2022-ci ilin dövlət büdcəsinin gəlirləri təxminən 26 milyard 816 milyon manat nəzərdə tutulub. Bu rəqəm 2021-ci illə (25 427 000,0 min manat) müqayisədə 5,4 faiz çoxdur. Allah bərəkətli eləsin! Və bu vəsaitdə təhsilə nəzərdə tutulan xərclər isə 3 milyard 884 milyon 325.7 min manatdır. Xüsusi olaraq deyim ki, bu ilki təhsil xərcləri 2021-ci illə müqayisədə 607 milyon manat çoxdur. Bu da çox gözəl! Allah bir daha bərəkətli eləsin! Amma Təhsil Nazirliyində telefon zəngimizə bir məsul şəxs cavab vermədi soruşaq ki: bu qədər vəsaitin Tovuz rayonunun Aşağı Öysüzlü kənd məktəbinə nə dərəcədə aidiyyəti var??? Niyə deyirik, çünki həmin kənd məktəbinin sinif otaqlarından birinin  fotosunu müəllimlər «Təzadlar»ın elektron poçtuna göndərib.

 Təhsil naziri Emin Əmirullayevi islahatçı, təhsilə diqqətli məmur kimi bildiyimizdən həmin fotonu diqqətinə çatdırmağı özümüzə borc bildik. Və bu bizim borcumuz idi, etdik, cəbhəyanı rayon olan Tovuz rayonundakı bu məktəbin gününü görüb əncam çəkmək isə təhsilə cavabdehlərin borcudur! Amma gəlin bəri başdan «Borclu borclunun sağlığını istər!» zərb məsəlini qoyaq bir kənara və iş görək-borcumuzu yerinə yetirək. Çünki təhsil gələcəyimizdir, gələcək isə keçmişdən əmanətdir, kimdənsə borc qalmış deyil!!!

JASMİN

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN