Bu gün aprelin 7-də, NATO xarici işlər nazirləri keçiriləcək iclasda ağır silahlar da daxil olmaqla, Ukraynaya əlavə daha öldürücü silah tədarükünü müzakirə edəcəklər.
Tezadlar.az “ "Европейская правда"ya istinadla bildirir ki, bunu görüşdən əvvəl NATO-nun baş katibi Yens Stoltenberq deyib. Sitat: "Ukraynaya dəstəyi davam etdirməyə təcili ehtiyac var. Daha sonra NATO xarici işlər nazirləri ilə görüşümüzdə əminəm ki, biz daha çox hava hücumundan müdafiə sistemlərinə, tank əleyhinə silahlara, yüngül, həm də ağır silahlara və bir çox digər vacib silahlara ehtiyacı müzakirə edəcəyik. Ukraynaya digər dəstək növləri də bura daxildir.
Baş katib deyib ki, müttəfiqlər Ukraynaya özünümüdafiə hüququnu təmin etmək üçün silah verirlər. Stoltenberq bir gün əvvəl Rusiyanın Ukraynaya qarşı müharibəsinin aylar və hətta illərlə davam edə biləcəyini, ona görə də NATO ölkələri Ukraynaya yardımın davam etdirilməsi üçün uzunmüddətli planları nəzərdən keçirməli olduğunu da bildirmişdi.
Tezadlar.az xatırlatmağı vacib sayır ki, Rusiyanın son bir həftədə Ukraynada apardığı müharibədə zəif tərpənməsi, itkilərə məruz qalması, eləcə də dünəndən Belorusun Ukrayna ilə sərhəd bölgəsindəki qırıcı təyyarələrini və helikopterlərini öz ərazisinə daşıması dünyanın, həmçinin NATO ölkələrinin diqqətindədir. Ukrayna mediası onu da yazır ki, Rusiya tərəfindən əldə edilən kəşfiyyat məlumatları bu ölkənin ordu hissələrindəki zəifləmə və döyüşə candərdi qoşulması fakt olaraq qalır. "Ordu əldən düşmüş, yorulmuş vəziyyətdə, psixoloji sarsıntı içindədir...".
A.Məmmədli