Rusiyanın Ukraynada mülki əhalitini kütləvi qətlə yetirməsi dünya mediasının gündəmindən düşmür...
İşğal olunmuş şəhərlərdə qətlə yetirilən qoca və qadınların, uşaqların meyitlərinin qalaqlanması maddi sübut kimi ortadadır. Artıq bu qətllərlə bağlı Haaqa Məhkəməsi araşdırmalara başlayıb. Bu gün isə Ukrayna Ali Radası Rusiyanın Ukraynaya hərbi hücumu zamanı törətdiyi hərəkətləri Ukrayna xalqının soyqırımı kimi tanıyıb. Tezadlar.az BP saytına istinadla bildirir ki, Rada Ukrayna Ali Radasının “Rusiya Federasiyası tərəfindən Ukraynada soyqırım törətməsi haqqında” bəyanatı üzrə 7276 saylı qərar qəbul edib. Ukrayna Ali Radasının bəyanatında deyilir ki, Rada 24 fevral 2022-ci il tarixində Ukrayna xalqının soyqırımı ilə başlayan Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzünün sonuncu mərhələsində Rusiya Federasiyası Silahlı Qüvvələrinin və onun siyasi və hərbi rəhbərliyinin törətdiyi hərəkətləri soyqırım kimi tanıyır. Birləşmiş Millətlər Təşkilatına, Avropa Parlamentinə, Avropa Şurası Parlament Assambleyasına, ATƏT Parlament Assambleyasına, NATO Parlament Assambleyasına, xarici dövlətlərin hökumətlərinə və parlamentlərinə Ukrayna xalqının soyqırımı ilə bağlı komissiyasının tanınması ilə bağlı müraciətlər də göndərilib.
Qeyd olunur ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ukrayna ərazisində mülki əhaliyə qarşı hərəkətləri Ukrayna xalqını ayrıca milli kimlik olaraq tamamilə və ya qismən məhv etmək niyyəti ilə həyata keçirilir.
A.Məmmədli