Dəniz fəaliyyəti üzrə eksperti H. İ. Sutton peyk çəkilişlərindən və Rusiyanın rəsmi videosundan Rusiyanın "Moskva" kreyserinin ekipajının yarısının öldüyünü və ya yaralandığını təxmin edi...
Tezadlar.az Suttonun rəsmi bloquna istinadən bildirir ki, Rusiya Müdafiə Nazirliyi aprelin 16-da sağ qalan ekipaj üzvlərinin sıraya düzüldüyü iddia edilən video yayımlayıb. Videoda Ukrayna hərbi komandanlığının öldüyünü dəqiqləşdirdiyi gəminin kapitanı Anton Kuprinə çox bənzəyən bir adam da yer alıb. Mütəxəssis aprelin 15-də "Moskva" kreyserinin sağ qalan ekipaj üzvlərinin (koordinatlar: 44,564798 °, 33,416280 °) düzüldüyü iddia edilən Sevastopolda hərbi parad meydançasının yerini təyin edib. Peyk görüntülərində görünən səki işarələrindən Sutton müəyyən edib ki, orada təxminən 90 zabit və 130 əsgər yoxdur. Hansı ki, gəmidə ümumən 510 nəfər ekipal üzvü olub. Bununla belə, ekspert banında bədnam Z işarəsi olan yük maşınına da diqqəti çəkib. Videodakı aprelin 15-də Sevastopolda olan hava şəraiti və ağacın çiçəklənməsi də uyğun gəlir. Rusiya hərbi komandanlığı isə bütün ekipajın xilas edildiyini təkid edir...
A.Məmmədli