"Moskva" kreyserinin üzvləri arasında olan Rusiya Federasiyasının çağırışçılarından birinin anası kreyserdə 40-a yaxın adamın öldüyünü, çoxunun əzalarının kəsilərək yaralandığını, bəzilərinin itkin düşdüyünü bildirib...
Tezadlar.az qeyd edir ki, bu barədə "Novaya Gazet"a yazıb. Bildirilir ki, jurnalistlər Ukraynada müharibə başlamazdan əvvəl hərbi xidmətə çağırılmış Qara dəniz donanmasının bir çağırışçı dənizçisinin anası ilə söhbət ediblər. Lakin onlar qeyd edirlər ki, partlayış zamanı “Moskva” gəmisində olmuş dənizçinin adı məxfi saxlanılır. Rusiya Federasiyasının çağırışçısı sağ qalıb və anası ilə aprelin 15-də kreyserin batmasından bir gün sonra əlaqə saxlayıb.
"Oğlum dedi ki, kreyser qurudan, Ukrayna tərəfdən vurulub... Ölənlər var, yaralananlar var, itkin düşənlər var. Oğlum zəng edib mənə telefonda bunları deyəndə dəhşətə gəldim. Onlardan yalnız sənədlər və (şəxsi) telefonları kreyserdə qalıb... Oğlum mənə zəng edib gördüklərindən ağlayırdı. Bu qorxulu idi. Aydındır ki, hamı sağ qalmayıb. Kreyser üç Neptun raketi ilə vurulduqdan sonra (Kiyev iki raketi vurmaqdan danışır - red.) yanğını təkbaşına söndürməyə çalışıblar... Kreyserə minməzdən əvvəl onlar məxfilik müqaviləsi imzalayıbmışlar ... Qırxa yaxın adam ölüb, itkin düşən və çoxlu yaralı var...
Yaralılar, əsasən bədən üzvləri kəsilib-deşilibmiş, çünki həm partlayış olub, həm də raketlə vurulub. Ümumiyyətlə, oğlum 15-də mənə zəng edəndə ağlayırdı. Deyir: "Ana, heç vaxt düşünməmişdim ki, dinc vaxtda, prinsipcə, belə bir qarışıqlığa düşəcəyəm. Gördüklərimi sizə təfərrüatı ilə deməyəcəyəm. Çox qorxuludur".
Bu dəhşətlidir. Mediadan isə aydın olur ki, bütün təfərrüatları demirlər. Niyə? Çünki Rusiya Müdafiə Nazirliyi Ukrayna tərəfdən məğlubiyyətə uğradığını və "Moskva"nın raketlə vurulduğunu etiraf etmək istəmir.
A.Məmmədli