Tədqiqatçı jurnalist OSINTtechnical, Qara dənizdə Ukrayna «Neptun» raketləri ilə vurulan Rusiyanın "Moskva" kreyserinin ilk fotolarını dərc edib.

Tezadlar.az jurnalistin Twitter-dəki hesabına istinadla bildirir ki, o, qeyd edib ki, “Şəklin çəkildiyi tarix 15.04.2022 və kreyserin batdığı 14.04.2022-ci il tarixlərini bildirir». Fotolardan biri yəqin ki, “Moskva”nın köməyinə gələn gəmidən çəkilib. Yanan kreyserin sol tərəfə sürüşdüyü göstərilir. Həm də göyərtənin üstündə iki çarpaz su axını görünür - bu, onların ya yanğını bu şəkildə söndürməyə çalışdıqlarını, ya da yanğın hidrantlarından nasos kimi istifadə edərək, suyun anbarlardan çıxara bildiklərini göstərə bilər. «OSINTtechnical» həmçinin hesab edir ki, görünən illüminatorların əksəriyyətindən güclü tüstü və alov göründüyü üçün deməli, «Moskva» batmazdan əvvəl içəridən yanmışdır. Beləliklə, Rusiya Müdafiə Nazirliyinin bütün təkziblərinə baxmayaraq kreyserin raketlə vurulduğu və heyətin böyük əksəriyyətinin öldüyü təsdiqlənməkdədir.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN