Rusiya Ukraynada apardığı müharibədə nəinki hərbi texnikalarını, eləcə də yüksək çinli zabitlərini itirə-itirə gedir... daha doğrusu, geri gedir... 

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin keçirdikləri əməliyyat nəticəsində Rusiyanın 49-cu zenit-raket briqadasının komandiri, polkovnik İvan Qrişini öldürülüb. Məlumat, həmçinin Ukrayna Silahlı Qüvvələri Strateji Kommunikasiya İdarəsi feysbuk səhifəsində yayıb. Belə ki, Rusiya Quru Qoşunları Hava Hücumundan Müdafiə-taktiki birliyinin 49-cu zenit-raket briqadası Smolensk vilayətinin Qırmızı Bor qəsəbəsində daimi dislokasiya olunur. Hərbi hissənin şərti nömrəsi 21 555-dir. Rusiya rəsmiləri hələki bu məlumatı təkzib etməyib. 

Ekspertlər də hesab edir ki, Rusiya bu işğalçı müharibəni uzatdıqca ordudakı daha çox zəif nöqtələrini ortaya qoyur. 

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN