booked.net booked.net  

Rusiyanın tamamilə ələ keçirməyə çlışdığı Ukraynanın şərqindəki Donbas vilayəti uğrunda döyüş əməliyyatları başlanıb.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski dünən axşamkı bəyanatında bildirib. Prezident deyib: "Biz indi təsdiqləyə bilərik ki, Rusiya qoşunları uzun müddətdir hazırlaşdıqları Donbas uğrunda döyüşə başlayıb. Rusiya ordusunun böyük bir hissəsi indi bu hücum üçün ayrılıb", - deyə Ukrayna Prezidenti bildirib.

Ukrayna döyüşçüləri də bu hücumlara tam hazır vəziyyətdədir. Xarici ölkələrin hərbi yardımları Rusiyanın döyüş texnikasını və canlı qüvvəsini məhv etməyə qadirdir: "Döyüşçülərimiz düşmənə mərdliklə sinə gərir və bu, Rus ordusunun ərazilərimizdən tamamilə qovulub çıxarılmasınadək davam edəcək", -deyə Zelenski deyib.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN