Ermənistandan yenə də absurd, daxili auditoriyaya, Paşinyana yarınmağa hesablanmış şüarlar səslənməkdə davam edir. Elə təsəvvür yaranır ki, bu bu mağmın ölkənin mağmın insanlarının başqa işi-gücü yoxdur, yorulmadan gah ağlayır,gah hədə gəlir. Ermənilər belə gəldi,ermənilər belə getdi, biz bütün dünya xalqları işərisində ən filan xalqıq və s. Ermənilər, yorulmadınız? Dünyanı zara gətirmisiniz.Başınızı aşağı salın, təsərrüfatla məşğul olun, nəsil artırın, qonşulara düşmən münasibət bəsləməkdən əl çəkin. Rusiyanın himayəsi altında yekə-yekə, ucadan danışırsınız.Rusiya sizi Qafqazda bir sipər kimi yaradıb, illərdi terrorla,talanla,insanları qətlə yetirməklə məşğulsunuz. Necə deyərlər,arxalı köpək qurd basar.
Yekə-yekə danışanlardan biri də Ruben Rubinyandır.Kimdi bu Rubençik? Hər cür şey...erməni!
Ermənistan parlamentində xarici əlaqələr üzrə komissiyanın sədridir.Paşinyanın sağ əlidir.Son günlər erməni mətbuatı Paşinyanın Rubençiki Ermənistanın xarici işlər naziri postuna təyin edəcəyi barədə məlumatlar geniş yer alıb. Hər şey aydındır. Azərbaycan,Türkiyə əleyhinə bir-iki çıxışlar da etsə, nazir vəzifəsini ona tapşıracaqlar.
Bu Rubençikin son çərənləməsini sizlərlə bölüşüm ki, hər şey aydın olsun.
Beləliklə, “Sputnik Armeniya” nın 1 iyulda yaydığı xəbərə görə, Rubinyan deyib ki, Azərbaycan tərfədən təzyiq olsa belə, Ermənistan hər hansı bir sülh sazişi imzalamaycaq və bu istisna edir.
Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu yaxınlarda elan etmişdi ki, Yerevan beynəlxalq hüquq və normalar çərçivəsində sərhədlərin toxunulmazlığına və ərazilərin bütövlüyünə hörmət etməli və dövlətlərarası münasibətlərin normallaşmasına başlamalıdır.Bundan başqa,Azərbaycan höküməti də elan etmişdi ki, Qarabağ məsələsi bitib və sülh sazişi bağlamaq üçün heç bir maneə yoxdur.
Rubinyan özünün “uzaqgörənliyi” ilə qeyd edib ki, bəs Azərbaycan Dağlıq Qarabağın statusunu tanısa, Ermənistan məmnuniyyətlə sülh sazişi imzalayar. Başqa cür ssenari ilə imzalan saziş Azərbaycanın ərazi bütövlüyünü tanımaq deməkdir-deyə o çərənləyib və bunun da istina olduğunu təsdiqləyib.
Daha sonra, Rubençik keçənilki müharibədən sonra yaranmış vəziyyəti “analiz” edərək bildirib ki, Azərbaycanın yenidən “təcavüz” etməsi mümkün deyil. Çünki, rus kontingentinin Qarabağda yerləşməsi buna imkan vermir.Amma buna baxmayaraq,Qarabağın statusu məsələsi açıq qalır və bunu Rusiya, ATƏT-n Minsk qrupunun digər üzvləri Franşa və ABŞ-da təsdiqləyir.
Burada bir haşiyə çıxaq: O kinoda deyildiyi kimi, “ay səni öləsən!”.Həyasızlığın ölçüsünə baxın. Rubençik, o baban getdi, Qarabağ,status... Sarqsyanlar,koçaryanlar,qukasyanlar,balasaryanlar və digər yanlar illərlə bu xülyanı təkrar-təkrar dilə gətiriblər, axırı nə oldu? Dostun Paşinyan atılıb düşürdü, dombalaq aşırdı. İndi “böyük Ermənistan” dediyiniz zaddan tör-töküntü qalıb. Şərt qoymaq, tələb irəli sürmək erası getdi. Qarabağda yaşayan ermənilər ya Azərbaycan qanunlarına tabe olmalı, ya da rədd olub Azərbaycan torpaqların tərk etməlidirlər. Buna nə Rusiya, nə Amerika,nə Fransa maneə ola bilməz. Çünki, Azərbaycan xalqı bu avantüra ilə heç zaman barışmaz.
İkinci tərəfdən, sülh sazişi bağlanmaması bizə daha sərfəlidir. Çünki, sülh imzalanandan sonra dostluq, qonşuluq şəraitində yaşamalıyıq. Sülh olmasa, həddini aşan hər bir terroçunun,diversantın, bandanın başını ilan başı kimi əzməyə tam haqqımız çatır. Azərbaycanın igid oğlanları bunun üçün canlarından belə keçməyə hazırdı. Ona görə də,Rubençik,sənin bu fikrinə bir “Quş!” Bir də təkrar edirəm,getdi o dövran.
Rubençik daha sonra “Zəngəzur dəhlizi” məsələsinə toxunur və elan edir ki, nə danışırsınız, bu barədə heç danışmağa dəyməz, 9 noyabr razılaşmasında Zəngəzur dəhlizi barədə maddə yoxdur və Ermənistan öz süveren ərazisindən hər hansı dəhlizin keçməsinə icazə verməz.
Yenə də yumşaq dillə desək,”Ay səni öləsən!” Razılaşmada o maddə də var ki, Qarabağdakı erməni silahlı qüvvələri Azərbaycan ərazilərini tərk etməlidi. Amma bu cür silahlı qüvvələr hələ də bu ərazilərimizdə qalmaqda davam edir. Nə deyirik, qoy qalsınlar.” Keçinin ölümü gələndə buynuzunu çobanın çomağına sürtər” məsələsi məhz o silahlılara aiddir.Ölümlərini gözləyirlər. Laçın dəhlizi bağlamaq məcburiyyətində qalacağıq. Çünki, sizin kimi həyasız məxluqlara yaxşılıq etmək,humanizm göstərmək sadəlövlükdür.
Beləliklə, Paşinyanın yeni yaradacak hökümətin tərkibi onun özü kimi avantürüstlərdən ibarət olacak,Azərbaycan,Türkiyə əleyhinə etdiyi çıxışların şiddətinə görə vəzifə alacaqlar. Ruslar demişkən, pojivyem,uvidim”- yəni, yaşayarıq,görərik.
Şakir QURBANOV