Eldar Həsənov stasionar qaydada müayinə, müalicə və cərrahiyyə əməliyyatları aparılması üçün bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi Hospitalına köçürülüb.
Bu barədə E. Həsənovun vəkili Cavad Cavadov bildirib. Müdafiə etdiyi şəxsin səhhətində problemlər olduğunu qeyd edən vəkil E. Həsənovun əməliyyat oluna biləcəyini söyləyib. Qeyd edək ki, maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.