Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycan-Ermənistan sərhədində son zamanlar baş verənlərlə bağlı öz rəsmi mövqeyini açıqlayıb.

KTMT-nin Baş katibi Stanislav Zas bəyan edib ki, Ermənistanın cənub sərhədlərində Azərbaycanın öz sərhədlərini  müəyyən etməsi ilə bağlı baş verənlər “sərhəd insidentidir” və blokun nizamnaməsinin kollektiv müdafiə haqda bəndinin təsiri altına düşmür.  “Başa düşmək lazımdır ki, KTMT-nin potensialı ancaq üzv ölkələrdən birinə hücum, təcavüz zamanı işə  düşür. Burada isə biz mahiyyətcə, sərhəd insidenti görürük. Allaha şükür, orada qurbanlar yoxdur, atışma yoxdur. Bu, sərhəd insidentidir və onu həll etmək lazımdır, biz məsələnin dinc yolla həllinə tərəfdarıq”,-Stanislav Zas bildirib.

Xatırladaq ki, Azərbaycan ordusu və sərhəd qüvvələri may ayının ortalarından  etibarən Laçın və Kəlbəcər rayonları istiqamətində sovet dövrü sərhədlərində möhkəmlənib, o cümlədən Qaragölü nəzarətə götürüb. Ermənistanda isə iddia edirlər ki, Azərbaycan ordusu 1-2 kilometr dərinliyində ölkə ərazilərinin içərilərinə “daxil olub” və nəticədə baş verənlər hərbi təcavüz kimi qiymətləndirilməlidir. Bununla bağlı rəsmi Yerevan KTMT-yə müraciət edərək kollektiv müdafiə haqda bəndin tətbiqinə dair məsləhətləşmələr keçirməyə çağırıb. Eləcə də ikitərəfli hərbi müttəfiqlik öhdəliklərinə əsaslanaraq Rusiyadan hərbi kömək istəyib.

 Lakin indi KTMT-nin bəyanatı Ermənistanı bərk məyus etməlidir. Stanislav Zas bildirib ki, sərhəddə münaqişənin eskalasiyası müşahidə olunmur. “Prinsipcə hazırda orada situasiyanın necəsə gərginləşdiyi haqda danışmaq mümkün deyil. Gərginlik yoxdursa bu, artıq yaxşıdır, nəticədir. İrəlidə sərhəd məsələlərinə dair çox iş görülməlidir, bütün bu mübahisəli məqamlar danışıqlar masası arxasında həll edilməlidir”,-KTMT Baş katibi deyib.

S.Zas deyib ki, Ermənistanın may ayında KTMT-yə müraciətindən sonra ölkənin sərhədyanı rayonlarında yaranmış vəziyyətlə bağlı müdafiə nazirləri, təhlükəsizlik şuralarının katibləri səviyyəsində məsləhətləşmələr keçirilib. “Mən özüm də Ermənistanın xarici işlər və müdafiə nazirləri ilə təmaslarda oldum. Bu situasiyanı müzakirə etdik. Bundan başqa KTMT xarici işlər nazirlərinin Düşənbədəki görüşündə məsələ müzakirə olundu”,-o deyib. Stanislav Zas bildirib ki, vəziyyəti izləmək üçün monitorinq qrupunun yaradılması haqda qərar verilməyib, amma KTMT baş verənləri “diqqətlə izləyir”.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN