Almaniya kansleri Olaf Scholz Aİ, NATO və G7 sammitlərindən əvvəl Ukraynaya silah da daxil olmaqla əlavə dəstək vəd edib.

Tezadlar.az Almaniyanın Welt-ə istinadən xəbər verir ki, o, Bundestaqda çıxışı zamanı bildirib. Sitat: "Ukrayna müharibənin indiki mərhələsində xüsusilə ehtiyacı olan silahları alır və yenə də davam etdiriləcək... Avropalı qonşular, hüquq və azadlığın müdafiəçiləri, Ukraynanın dostları və tərəfdaşları kimi bizim borcumuz onlara ən yaxşı şəkildə dəstək olmaqdır”.
Kansler əlavə edib ki, "Biz Ukraynanı kütləvi şəkildə dəstəkləməyə davam edəcəyik - maliyyə, iqtisadi, humanitar, siyasi və ən azı silah təchizatı ilə...". 
Xatırladaq ki, Almaniya hökuməti dünən Ukraynaya təhvil verilmək üçün hazırlanan silahların siyahısını dərc edib - o cümlədən, 30 Gepard özüyeriyən artilleriya qurğusu, IRIS-T SLM hava hücumundan müdafiə sistemləri və M113 zirehli transportyorları. Ukraynanın müdafiə naziri Oleksiy Reznikov da Ukrayna Silahlı Qüvvələrinin Almaniyadan təlim keçmiş Ukrayna ekipajları ilə birlikdə "Panzerhaubitze2000" özüyeriyən artilleriya qurğularını aldığını təsdiqləyib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN