Tbilisidə İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (SDC) dəstəyi ilə “Cənubi Qafqazda sənədli fotoqrafiya” layihəsi çərçivəsində sərgi keçirilir.

Tezadlar.az Gürsüstan KİV-lərinə istinadla bildirir ki, “Ground Zero” adlı sərginin açılışı iyunun 25-də Gürcüstanın Sənədli Fotoqraflar Assosiasiyası və “Adjara Group” şirkətinin təşkilatçılığı ilə baş tutub.

Sərgi haqqında ilkin məlumatda qeyd edilib ki, tədbirdə Azərbaycan, Ermənistan və Gürcüstan fotoqraflarının ümumilikdə 300 şəkili nümayiş olunacaq. Təşkilatçıların bildirdiyinə görə, tədbirin məqsədi Cənubi Qafqazda hazırkı vəziyyəti əks etdirməkdir.

Açılış mərasimində diqqəti çəkən ilk məqam Azərbaycandan olan fotoqrafların işlərinin gürcü və erməni həmkarları ilə bir yerdə sərgilənməməsi olub. Əsl səbəblə bağlı rəsmi açıqlama olmasa da, sual doğuran məqam belə izah edilir ki, azərbaycanlı fotoqraflar sərgidə müharibə mövzusunu əks etdirən fotoların təqdim olunmamasını təklif ediblər. Erməni fotoqraflar isə bu təklifi qəbul etməyiblər və üstəlik əsərlərinin azərbaycanlı həmkarları ilə eyni vaxtda sərgilənməsini istəməyiblər.

Yaxşı ki, ermənilərin bu təxribatının qarşısı Gürsüstanda yaşayan fiaspor nümayəndələrinin səyi sayəsində vaxtında alındı. Amma ermənilərə dərs olacaqmı?

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN