Sevimli Xalq şairimiz Vahid Əziz "Təzadlar"a bir neçə şeirini göndərib... Təqdim edirik:
Vahid ƏZİZ -MAT QALIRAM MƏN...
Yanğılı təəssüflər içimi didir,
Get-gedə artmaqdan azalıram mən,
Bəzən, sürünməli elə bərk gedir-
Əllərim üzümdə mat qalıram mən.
Çaşıb mat qalıram-sırtıq canlara,
Gic ikən--ağıldan dəm vuranlara,
Çörək kəsdiyinə tor quranlara,
Çörəyim dizimdə, mat qalıram mən.
Adamlar yel kimi hər yana əsir,
"Bələdçi" qoyulan durub yol kəsir,
Dünənki "Bir həsir-bir məmmədnəsir",
Filə güc gələndə mat qalıram mən.
"Xan-Bəydi" o qədər "daldan görənlər",
Qızışır kölgəmə gendən hürənlər,
Vətən sərvətini talan edənlər
Xalqa pay böləndə mat qalıram mən.
İmkanlar keçəndə namərd girinə--
Qarğanı oxudar bülbül yerinə.
Məni qınamayın, Haqq gündən-günə,
Çərləyib öləndə mat qalıram nən.
Məmurlar tanıdım Azərbaycanda,
Özü buralarda, külfət O yanda!
Hərdən el dərdindən pıçıldasam da,
Suçlular bozarır--"Səs salıram mən!".
Vətən beləsinin yemi, yemliyi,
Zəbt etdiyi kürsü gəlir mənbəyi,
Ciblərdə Monako, Dubay "kimliyi",
Gör kimlər önündə "alçalıram" mən?
Cildlərə girərək "gədə" "Ər" olur,
Pullanan görməmiş dönüb "nər" olur,
Huşum itən zaman bəxtəvər olur,
Özümə gələndə-odlanıram mən...
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN