HƏFTƏBECƏR
Aktrisa sayılsa da, heç vaxt bircə rolu belə gözə dəyməyən, əvəzində soyunub, bədən əzalarını çöldə qoymaqla gündəmdə olan Pərvin Abıyeva “MTV Maqazin” verlişində bizneslə məşğul olduğunu bildirib. Bu səbəbdən də 2 bina və 1 bağ evi olduğunu qeyd edərək belə deyib: “Çox bədxərcəm. Gözümü qırpmadan xoşuma gələn geyim üçün 8, ya 16 min dollardan keçə bilmişəm”.
P.S. Deməli, Pərvin xanım aktrisalıqdan 1 manat da qazana bilmir. Bəs elə isə niyə özünü aktrisa kimi təqdim edir? Bu, bir. İkincisi, görəsən o necə biznesdir və Pərvin xanım nə qədər qazanır ki, geyim üçün 8 və ya 16 min dollar xərcləyə bilir? Üçüncüsü isə, 8 və ya 16 min dollara aldığı o geyimləri Pərvin xanım bəs nə vaxt geyinib bizlərə göstərəcək? Nöşün ki, Pərvin xanım həmişə paltarsız, çılpaq olur axı. Deyirəm, ölüm, itim dünyasıdır dayna, zəhmət çəkərək bir ətək pul xərcləyib, aldığın o bahalı paltarları, indi geyinməyib, bəs nə vaxt geyinəcəksən?