Bakı Dövlət Sirkinin direktoru Elmir Hüseynov işdən çıxarılıb.

Əldə etdiyimiz məlumata görə, Elmir Hüseynov işində verdiyi nöqsanlara görə vəzifəsindən azad olunub.

Xatırladaq ki, o, bu vəzifəyə ötən ilin mart ayında mədəniyyət naziri Anar Kərimovun əmri ilə təyin olunmuşdu.

Qeyd edək ki, E.Hüseynov 1978-ci il dekabrın 2-də Bakı şəhərində anadan olub. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil alıb.

Azərbaycanda və xaricdə keçirilən çoxsaylı treninq və tədqiqat turlarında iştirak edib. 2017-2020-ci illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstandakı səlahiyyətli nümayəndəsi olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN