AĞDAMDA ŞUŞA MUSİQİÇİLƏRİNİN RƏNGLƏNMİŞ FOTOSƏRGİSİ OLUB
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) ictimai birliyi tərəfindən “Rənglənmiş tarix" Şuşa musiqiçilərinə məxsus sənədli abidələrin qorunması və təbliğatı layihəsi çərçivəsində növbəti fotosərgi təşkil olunub. Sərgi Ağdam Rayon İcra Hakimiyyətinin və Ağdam Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.