Bu ilin sentyabrında Rusiyadan İsrailə köçən estrada müğənnisi Alla Puqaçova onu tənqid edənlərə müraciət edib. İfaçı fikirlərini İnstaqram hesabında paylaşıb.
Sənətçi onlara qarşı xüsusi tənqidlər səsləndirib.
"Çox adam məndən soruşur ki, ailəmizin sifarişli zülmlərinə necə dözüm, necə? Amma bu kimi. Bu mənim pəncərəmdən bir mənzərədir. Dekabr səması vəd edilmiş torpağın üstündə. Mən göyə baxıb deyirəm: "Pərvərdigara! Bu yazıq pozğun məxluqları, münafiqləri və yalançıları bağışla, çünki onlar nə etdiklərini bilmirlər". Hamısı budur. Hamıya salam!" — Puqaçova İsrail səmasının fotosunu yerləşdirərək yazıb.
Bundan əvvəl bildirilmişdi ki, Alla Puqaçova və onun əri, şoumen Maksim Qalkin (Ədliyyə Nazirliyi tərəfindən fiziki şəxslərin - xarici agentlərin reyestrinə daxil edilib) İsrail vətəndaşlığından məhrum edilə bilər.
BBC-nin məlumatına görə, dekabrın 6-da müğənninin 2022-ci ilin ən nüfuzlu 100 qadını sırasında olduğu məlum olub.
E.ŞİRİNOV