Bu gün qazaxıstanlılar bir-birlərinə daha qiymətli, əhəmiyyətli və vacib olan hərarətli minnətdarlıq sözlərini söyləyirlər.
Bu tarixin qeyd olunması çərçivəsində respublikanın bölgələrində də müxtəlif tədbirlər keçirilir. Məsələn, Astanada onlarla müxtəlif idman, mədəni və maarifləndirici tədbirlər nəzərdə tutulub.
Bu tarixi gün deportasiya illərində milyonlarla başqa millətin nümayəndəsini öz torpaqlarında qəbul edən qazax xalqının qonaqpərvərliyi və mərhəmətinin xatirəsinə yaradılmışdır.
Qazaxıstan Xalqları Assambleyasının yaranması gününə həsr olunmuş bayram bu gün çoxmillətli və çoxkonfessiyalı ölkənin birliyinin simvoluna çevrilib.
Xatırladaq ki, “Təşəkkür günü” 2015-ci ildə Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin imzaladığı “Qazaxıstan Respublikasında peşə və digər bayramlar haqqında” Fərman əsasında yaranıb.
Və bu tarixi gün 2016-cı ildən bəri qeyd olunur.
JASMİN