10 may 2023-cü ildə yazıçı-publisist Nazilə Rafiqin təsisçisi və baş redaktoru olduğu  “Respublika gəncləri” qəzeti və  “Gənclik  news” jurnalı ilə yanaşı, “Günahsız günahkar” və “Naxçıvandan doğan günəş” adlı kitabları işıq üzü görüb. Müəllifin dərc etdirdiyi  hər iki  kitabı, o cümlədən qəzet və jurnalı Müstəqil  Azərbaycan dövlətinin qurucusu, dahi  siyasətçi Heydər Əliyevin 100-cü ildönümünə həsr olunub. 

“Günahsız günahkar”  kitabında Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsində böyük rolu olan və  bu yolda canını qurban verən Azərbaycanın dəyərli insanı, böyük  naşiri Əjdər Xanbabayevin ömür yoluna nəzər salınmış, onun  günahsız “günahkar” olması ilə bağlı faktlar, istintaq materialları təhlil olunmaqla yanaşı, respublikanın tanınmış ziyalılarının  ürək sözləri, rəyləri öz əksini tapıb.

Müəllifin “Naxçıvandan doğan günəş” kitabı  isə 1993-1994-cü illərdə iqtisadi blokadada olan  Ordubad bölgəsində baş verən olayların, anarxiyanın, qarşıdurmanın qarşısının məhz uzaqgörən  siyasətçi Heydər Əliyevin apardığı kadr siyasəti  nəticəsində  alınmasına həsr olunub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN