Ziyarətçilər dünyanın müxtəlif yerlərində muzeylərdən və şəxsi kolleksiyalardan oğurlanmış artefaktların 3D modellərini görə biləcəklər.

YUNESKO oğurlanmış mədəniyyət nümunələrinin virtual muzeyi yaratmağı planlaşdırır. “The Guardian” xəbər verir ki, layihənin məqsədi insanların mədəni sərvətlərin qanunsuz dövriyyəsi haqqında məlumatlılığını artırmaqdır.

 Muzey İnterpol ilə birgə yaradılacaq, onun məlumat bazasında bütün dünyada muzeylərdən, şəxsi kolleksiyalardan və arxeoloji obyektlərdən oğurlanmış 52 mindən çox artefakt var.

 Layihənin dəyəri 2,5 milyon dollar qiymətləndirilir. Muzeyin 2025-ci ildə açılması gözlənilir.

 Muzeyə virtual ekskursiyalar zamanı ziyarətçilər eksponatların üçölçülü maketləri ilə tanış ola biləcəklər. Hər biri öz unikal mədəni əhəmiyyətini izah edən məlumatlar, o cümlədən yerli icmaların hekayələri və ifadələri ilə müşayiət olunacaq.

 YUNESKO-nun baş direktorunun müavini Ernesto Ottone "Bunlar fiziki olaraq mövcud olan obyektlərdir, lakin biz onların harada olduğunu bilmirik", - deyib.

  Onun sözlərinə görə, əsas problem artefaktların 3D təsvirlərinin yaradılması olub, onların çoxu yalnız kiçik ağ-qara fotoşəkillərdə qeydə alınıb.

 Qəzet qeyd edir ki, layihənin müəllifi memarlıq üzrə prestijli Pritzker mükafatını alan ilk afrikalı memar Frensis Kere idi. Onun fikrincə, muzey yer kürəsinin daxilində regionları, ölkələri, mədəniyyətləri və ilkin kolleksiyaya daxil ediləcək 600 eksponatı birləşdirən virtual “rampu”nu təmsil edəcək, hansı ki, ilkin kolleksiyaya daxil ediləcək.

Ümid edək ki, bu muzeydə əsrlər boyu Azərbaycandan da oğurlanmış sənət əsərləri, eksponatlar, mədəniyyət nümunələri də öz əksini tapacaq. Hansı ki, bir çoxu başqa ölkələrin adına çıxarılır...

 

Y.MƏMMƏDLİ 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN