İtaliyanın paytaxtı Romada tarixi Kolizey yaxınlığında qədim Roma dövrünə aid mozaikaları olan şəxsi iqamətgah tapılıb.

  TEZADLAR.AZ xəbər veriri ki, İtaliya Mədəniyyət Nazirliyinin yaydığı məlumata görə, Palatine təpəsi ilə Roma Forumu arasında yerləşən Kolizey Arxeoloji Parkında Romanın son cümhuriyyət dövrünə aid antik iqamətgah aşkar edilib.

  Bildirilib ki, tikili eramızdan əvvəl II əsrin ikinci yarısı ilə e.ə. I əsrin sonları arasında ən azı üç mərhələdə tikilib.

  Sözügedən iqamətgahda bir atrium, bir bağ, bir yeməkxana və "qeyri-adi" olaraq xarakterizə edilən rustik üslubda bir mozaika da ortaya çıxıb.

  Mütəxəssislər hesab edir ki, bu qədim evin tapılması Roma tarixi üçün böyük əhəmiyyət kəsb edir.

  İtaliyanın mədəniyyət naziri Gennaro Sangiuliano bunu  kəşf adlandırıb: "Romanın mərkəzində əsl xəzinə tapılıb. Bu, mühüm elmi dəyəri olan bir kəşfdir".

trt

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN