Bu günlərdə yazar Feyruz Muradovun "Müəllim " nəşriyyarı tərəfindən "Xalq artistinin atası Mirzə Xəlil kim idi?" adlı sənədli hekayələr kitabı çapdan çıxıb.
Kitabda xalq artisti Rübabə Muradovanın atası Mirzə Xəlilin Ərdəbil şəhərində göstərdiyi siyasi fəaliyyəti və 1946-cı ildə Şimali Azərbaycana mühacirət etdikdən sonrakı illərdə keçdiyi həyat yolu haqqında söz açılır. Bundan başqa, onun böyük qızı Rübabə Muradova, kiçik qızı Mahrux Muradova haqda əvvəllər məlum olmayan faktlar sənədli hekayələrdə öz əksini tapıb. Həm də kitabda Feyruz Muradovun son aylarda qələmə aldığı "Acınacaqlı ölüm", "Oğru qadın", "Açıq qalan pəncərə cəftəsi" və "Məkrli adam" hekayələri yer tutub. "Yanlışlıqdan reallığa", "Tanınmış sözü" , "Ağsaqqal məsləhəti" və “Böyük yazıçıları inkar edənlər” adlı esselər kitabı tamamlayır.
Kitab “Müəllim” nəşriyyatı tərəfindən çap olunub.
ELBAR