Ermənilər hər yerdə özlərini qədim xalq kimi təqdim etməyi çox xoşlayırlar.

Hətta ilk insanın erməni olduğunu belə deməyə özlərində cəsarət tapırlar. Hindistan qaraçılarından törəmə olan bu ermənilərin, bir xalq olaraq, demək olar nə əlifbası, nə bayrağı, nə torpağı, nə musiqisi, nə milli mətbəxi, nə də yurdu olub. Qaraçı kimi köçəri həyat yaşayaraq başqa millətlərin qoltuğunda özlərini qədim xalq biliblər.

44 günlük döyüşdə ermənilərin məğlub edilməz mifini darmadağın etdik. Artıq hər yerdə ermənilər özlərini qalib millətin nümayəndəsi kimi apara bilmirlər. İnşallah, tarixçilərimizin və vətənpərvər insanlarımızın sayəsində bu bədnam ermənilərin tarixlərinin saxta olduğunu da bütün dünyaya göstərəcəyik və necə ki, məğlub edilməzlik mifi dağıldı, eləcə də qədimlik mifi də yox olub gedəcək. Bununla da dünyada erməni saxtakarlığına son qoyulacaq. Ən  maraqlısı odur ki, bu saxtakarlığı erməni millətçiləri sadə ermənilərin beyninə necə yeridiblərsə, onlar da qədim olduqlarına inanırlar və 200 ilə yaxın yaşadıqları Qarabağ torpağını qədim erməni torpağı bilirlər. Artıq Azərbaycan öz qədim torpaqlarına sahibləndikcə, həmin əraziyə yaxın yerlərdə yaşayan ermənilərin ağlaş sədaları Youtube kanallarında səslənir. Həmin aldadılmış bir erməninin çıxışı saxtakarlığın dozasını aydın göstərir: “Biz əsrlərlə, min illərlə bu torpaqlarda yaşamışıq. İndi buradan getməyə məcburuq”.

Budur erməni saxtakarlığının və yalanlarının nəticəsi. Ermənilərin əlifbası barədə dedikləri isə, tamamilə cəfəngiyatdır. Elmi araşdırmalarla artıq faktları ortaya qoyulur ki, erməni əlifbası ümumiyyətlə, olmayıb. Yalançı erməni tarixçiləri sübut etmək istəyirlər ki, erməni əlifbasını Mesrop Maştots yaradıb.

Tarixçi alim, eyni zamanda həmkarımız olan Xəqani bəyin baş redaktoru olduğu   Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin orqanı  “fedai.az” saytında, AMEA-nın Dilçilik İnstitutu, Qədim Dillər və Mədəniyyətlər şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru İlhami Cəfərsoyun erməni əlifbasının saxta olduğunu çox samballı bir araşdırma ilə ortaya qoyması barədə yazı dərc olunub. Həmin araşdırma yazının maraqlı olduğunu nəzərə alıb, olduğu kimi “Təzadlar”ın oxucunlarına da təqdim edirik.

*** 

 MESROP MAŞTOTS ƏLİFBA YARATMAYIB!

Aran müdriklərinin Finikiyada yaratdıqları əlifba əsasında Efiopiya əlifbaları, Efiopiya əlifbaları əsasında alban, iber və erməni əlifbaları tərtib edildi... rmənilərin iddialarına görə, Alban və erməni əlifbalarını Mesrop Maştots yaratmışdır. Əslində isə o əlifba Mesropdan çox əvvəl mövcud idi. Bizim Aran müdrikləri Finikiyada dünyanın ilk fonetik əlifbasını yaratmış, Troyanın işğalından qabaq Elladaya aparmışdır.

Aran əlifbası əsasında Avropada yunan və latın, Fələstində yevrey, Misirdə kopt, Efiopiyada amxar, qız, Qafqazda alban, iber və erməni əlifbaları tərtib edildi. Bu barədə qədim yunan, latın və yevrey tarixçilərinin əsərlərində kifayət qədər məlumat vardır.Qərb tarixçiləri məqsədli şəkildə Aran əlifbasını yarandığı yerin adı ilə Finikiya əlifbası adlandırırlar. Ancaq belə bir gerçəkliyi dana bilmirlər ki, Aran övladları finikiyalı deyillər.

Aran alpları Araz çayı ilə Urmiya gölünün arasından gələrək Finikiyanın Tir və Sidon şəhərlərində yurd salmış, sonra Beotiyanı, İoniyanı, Karfageni tutmuşlar.

M.Maspero yazır: — Finikiyalı Aran (Bibliyada bene-Kadem, Şərq oğlu yunanlardan qabaq Olimpi tutmuş, Beotiyanın mərkəzində öz koloniyasını yaratmışdır.

Arximandrit İeronimə (IV əsr) görə, müdrik Aran yaratdığı 22 hərfdən ibarət əlifbanı Elladaya gətirmiş, sonralar yunan filosofları üç işarə artıraraq onun əsasında qədim yunan əlifbasını tərtib etmişlər. 

Bibliyada iki tayfa: — Aran və Sarıçin övladları bene-Kadem, yəni şərq oğulları adlandırılır. Sarıçinlər Siciliyanı, Aran alpları Elladanı tutmuş, yunanlar onlardan yazıb-oxumağı, əkinçiliyi, dənizçiliyi öyrənmişlər.

Aran alpları olimpiada yarışlarını öz vətənlərində – Alinpe (sonrakı Əlincə) dağının ətəyində keçirərdilər. Onlar həmin yarışları Aralıq dənizi adalarına apardılar. Balkan yarımadasının uca bir dağına Alinpe adı verdilər. İ.İ.Şopen yazır ki, alinpe xalis tatar (türk) sözüdür.

Yunanlar Alinpe dağını Olimp adlandırırlar. İndi olimpiada deyiləndə elə başa düşülür ki, o, yunan sözüdür. Mən əldə etdiyim mənbələrə istinadən yazmışam ki, yunanlar çox şeyi, o cümlədən olimpiada yazılarını bizdən öyrəniblər.

Bizim (demək mümkündürsə) bəzi alimlər Aran tarixi termini altında İranı başa düşürlər. Halbuki ellinlərlə yunanlar kimi iranlılarla farslar eyni xalq deyillər. İ.İ.Şopen yazır ki, bir zaman Misiri, Fələstini tutan İr və Aran nəsillərinin qalıqları indiki türkmənlərdir.

Aran müdriklərinin Finikiyada yaratdıqları əlifba əsasında Efiopiya əlifbaları, Efiopiya əlifbaları əsasında alban, iber və erməni əlifbaları tərtib edildi.

Qafqazın xristian əlifbalarının Efiopiya əlifbaları əsasında tərtib edilməsinin əsas iki səbəbi var idi. Birinci səbəb Efiopiyanın elitar nəsillərinin çoxunun türk əsilli olması idi. Onlar Ön Asiyadan Misirə köçmüş, oradan Nibiyaya və Efiopiyaya qovulmuşlar.

B.A.Turayev yazır: Abissena patriarxları ermənilərlə (ermənilərlə yox, iltisaqi dilli H’Ay, Kuş, Aran övladları ilə) eyni kökdən olduqlarını unutmurdular. Onların əsrlərlə davam edən əlaqələrinin səbəbi yalnız xristianlığın eyni təriqətində olmaları deyildi, eyni kökdən olmaları idi. Eramızın I əsrində yaşamış yevrey alimi İosif Flavi yazır: – Nil vadisindən uzaq Efiopiyaya köçən Asiya xalqları hələ də özlərini Kuş övladları adlandırırlar.

Alban, iber, erməni əlifbalarının tərtib edildiyi IV əsrdə Efiopiyada yüzə yaxın etnik qrup yaşayırdı. Onların arasında dördü iqtisadi və hərbi qüdrətinə görə öndə gedirdi: – Amxar (Amar), Abas, Qız, İtoba. Bunlar hamısı türk mənşəli etnoslardır. Bir hissəsi Albaniyada qalmış, bir hissəsi Afrikaya köçmüşdür. Abas nəslinin adı ilə bəzi xalqlar Efiopiyanı Abissena, bəziləri Həbəşistan adlandırırlar. Efiopiya isə İtoba deməkdir. İtoba etnik adı it totemi ilə bağlıdır. Sami dillərində yazılan qədim mətnlərdə İtoba nəslinin adı kelbelim kimi tərcümə edilir. Kəlb ərəb dilində “it” deməkdir. Amxar və ya Amar Albaniyanın qədim türk etnoslarından biri idi. Onların Efiopiyaya köçən qanadı samilərlə qarışmış, Azərbaycanda qalanlar türk və alban olaraq qalmışdır. Bizim üçün maraqlıdır ki, amxarlar itə it, pişiyə muş, ilana ilan, ataya ahta, qıza qız deyirdilər. Mesrop Maştos əlifbanı tərtib edəndə Efiopiyanın dövlət dili qız dili idi. Ayrı-ayrı dövrlərin salnamələrində həmin dil qız, qıız, qeez dili adlandırılır.

Qız dilində kitaba daptara deyilirdi. Arxaik forması depderi olan dəftər Aran sözüdür. Aran müdrikləri keçi dərisindən hazırladıqları 20 x 30 sm. ölçülü vərəqləri depderi adlandırır və onlara yazı yazırdılar. Dep-təpmək, yazmaq, deri-dəri deməkdir. Qız dilində daptara kimi deyilən söz qədim yunan və latın dillərinə tepthera formasında keçmişdir. Biz indi bu sözü dilimizdə dəftər kimi işlədirik və düşünürük ki, alınma sözdür.

Faruk Sümər yazır ki, Qız oğlu türkmən tayfalarından biri olub, XI əsrdə səlcuqlarla birləşmişdir. Efiopiyanın Abas nəsli əvvəlcə Azərbaycanda yaşayırdı. Onların az bir hissəsi Albaniyada qalmış, çoxu Troyaya, oradan Misirə və Efiopiyaya köçüb getmişdir. Homerin “İliada”, Vergilinin “Eneida” eposlarında onlardan dəfələrlə bəhs edilir.Rollen hələ 1751-ci ildə yazırdı ki, Abas Danayın oğludur (17, s. 270). Bu o deməkdir ki, Abas döyüşçüləri e. ö. XV-XIV əsrlərdə Danay tayfa ittifaqına daxil olmuşdur. Danaylar türk olub, Dana adlandırdıqları qızıl buğa bütünə sitayiş edirdilər.

Dion Kassiyə görə, Pompey Abas çayı sahilində albanlarla vuruşmuşdu. Belə hesab edilir ki, həmin çay indiki Alazandır. Abas alpları yunanlarla, romalılarla vuruşa-vuruşa Qafqaz dağlarının ətəklərinə çəkildilər. Bu barədə antik tarixçilərin əsərlərində bilgilər var. Abas nəslinin patriarxlarından biri ter-Abas 551-596-cı illərdə Böyük Aran mahalının yepiskopu oldu. Abas nəsli İtaliyada, Misirdə, Efiopiyada yad xalqlar arasında əriyib itsə də, öz yurdunda türk olaraq qaldı. Fikrimizi IX-X əsrlərdə xəzərlərin və peçeneqlərin arasında Abas nəsillərinin varlığı təsdiq edir.

Efiopiyanın hakim türk nəsillərindən biri amxarlar idi. Onlar Ön Asiyanın və Misirin qədim mənbələrində Amar da adlanır. İndi Amar Efiopiyanın hakim milləti, Amar dili ölkənin dövlət dilidir. Efiopiya əhalisinin yarısı – 15 milyon nəfəri Amar dilində danışır. Efiopiyanın hakim nəsilləri İosif Flavinin yazdığı kimi, Kam və Kuş mənşəli olmuş, sonra onların dilləri tədricən sami dillərinin təsirilə dəyişmişdir. Bunu nə qədər inkar etməyə çalışsalar da, bəzi ermənişünasların əsərlərində görmək mümkündür.

Hans Yensen yazır ki, Mesrop Maştots erməni əlifbasını Efiopiyanın amxar, sabe, qız əlifbaları əsasında tərtib etmişdir. Erməni alimi Qurqen Savak bir qədər irəli gedərək sübuta yetirdi ki, yalnız ermənilərin yox, həm də albanların və iberlərin əlifbaları Finikiya mənşəli Efiopiya əlifbaları əsasında tərtib edilmişdir. Qurqen erməni əlifbasının Finikiya mənşəyindən bəhs etsə də, öz erməni xisləti ilə Finikiya əlifbasının Aran müdrikləri tərəfindən yaradılmasına toxunmur. İddia edir ki, Finikiya əlifbası və onun əsasında yaranan Efiop əlifbası sami əlifbasıdır.

N.A.Olderoqqe onunla razılaşmır. Bildirir ki, Efiopiyanın amxar, kava, qız və s. əlifbaları efiop-sami əlifbasıdır, yəni mənşəcə iltisaqi olub, sonradan samiləşmiş xalqların əlifbasıdır.Özü də Aran nəslindən olan Mesrop Maştos yalnız siyasi səbəblərə görə yox, etnik səbəblərə görə, hər üç əlifbanı Efiopiya əlifbası əsasında tərtib etmişdir. Mesrop misirli deməkdir. Yəhudilər Aran sözünü misrim formasında öz dillərinə tərcümə etmiş, nəticədə Mesrop və Misir adları yaranmışdır.

Bizans imperatorları güclü Sasani dövlətinə qarşı mərkəzi Aksum şəhəri olan Efiopiya ilə ittifaqa can atırdılar. Onlar Qırmızı dənizdən üzüb keçməklə Hindistana ticarət yolu açmaq istəyirdilər. O zaman Aksum dövləti çox güclənmişdi və Ərəbistan yarımadasının sahil şəhərlərini tutmuşdu. Ermənilər Mesropa qədər yunan və pəhləvi əlifbalarından istifadə edirdilər. Hətta onlar iyerey Abelin gətirdiyi Suriya əlifbasını 2 il kilsədə şagirdlərə öyrətmişdilər. Mesrop yeni siyasi şəraitdə Efiopiya ilə yaxınlaşmağı lazım bildi və onların əlifbaları əsasında hər üç əlifbanı tərtib etdi.

Aksum dövləti özləri ilə xristianlığın eyni məzhəbində və oxşar dillərdə olan albanlara, iberlərə, ermənilərə ticarət imkanları yaratdı. Sinay dağının ətəyində, Qırmızı dəniz sahilində monastırlar tikildi. Sonralar Məhəmməd peyğəmbər xüsusi sərəncam verib, Müqəddəs Katerina monastırını vergilərdən azad etdi. Peyğəmbər əleyhissəlamın həmin sərəncamı indiyədək Müqəddəs Katerina monastırında saxlanır.IV-V əsrlərdə yazılan qız, amxar, kafa salnamələri bizim dövrümüzə qədər gəlib çatmasa da, əldə olan bəzi epitafik abidələr Efiopiyanın qədim etnoslarının mənşəyi haqqında fikirlər yürütməyə imkan verir.

Soldan sağa yazılan qız, kafa, amxar əlifbaları 36 hərfdən ibarət idi. Mesrop Maştots buna uyğun olaraq alban və erməni əlifbalarını 36 işarə ilə tərtib etdi və qız əlifbasının işarələrinin çoxunu olduğu kimi saxladı. Sonra hər iki əlifbaya 2 işarə əlavə olundu. Əlimizdə erməni əlifbalarının 4, alban əlifbalarının 6 nümunəsi vardır. Onların hərflərinin xeyli hissəsi demək olar ki, eynidir. Erməni dilçiləri iddia edirlər ki, albanların əlifbası 52 hərfdən ibarət imiş. Necə ola bilər ki, sami dilləri ilə qarışmış erməni dilində xırıltılı boğaz samitləri alban dilindəkindən az olsun? Hələ 40 il bundan əvvəl M.X.Abeğyan yazırdı ki, albanların dili qismən, ermənilərin dili tamamilə yad ünsürlərlə qatışıqdır.

Ermənilər 52 hərf söhbətini ortaya artmaqla demək istəyirlər ki, albanların dili türk dillərinə qohum ola bilməz. Türk dillərində samitlərin sayı azdır. Əlimizdə Sinay alban perqamentinin surəti vardır. Həmin perqamentdə cəmi 38 işarə ilə mətnlər yazılmışdır.Ermənilər iddia edirdilər ki, alban əlifbası ilə yazıya alınmış heç bir mətn bizə gəlib çatmamışdır. Onlar düşünürdülər ki, bütün əlyazmalarını məhv ediblər.

Şükürlər olsun ki, Sinay yarımadasındakı Müqəddəs Katerina monastırından alban perqamenti tapıldı. Ermənilər uzaq Qırmızı dəniz sahilinə gedib, onu məhv edə bilməyiblər. Alban əlifbası XIV əsrə – Qazan xan İslam dinini qəbul edənə qədər qalırdı. Gəncədə monqol xanlarının sarayında bu əlifba ilə məktublar yazılır, toplanan vergilərin hesabatı hazırlanırdı. Bu barədə köhnə nəsil gürcü tarixçiləri hələ XIX əsrin ortalarında məlumat vermişlər.

Tam əminliklə bildirirəm ki, Mxitar Qoşun “Alban salnaməsi” alban əlifbası ilə yazılmışdır. Yaxın illərdə qədim erməni, gürcü, yevrey dilləri üzrə mətnşünaslar hazırlaya bilsək, biz Gelati, Çufut kala, Kafa epitafiya abidələri arasından o nümunələri tapa bilərik. Sonralar Gürcüstanın inzibati ərazisinə daxil edilən David Qaraca, Mroval Mta mağara-monastırlarından gürcü və erməni əlifbaları ilə yanaşı türk, uyğur əlifbaları ilə yazılmış dualar tapıldı.

Həmin duaların biri belədir: «Ari tanqri, ari yuca, ari acalsez, İisa ki xaça çəktənk, rahmat galgil biza.Həmin abidələr, xüsusilə qədim yevrey əlifbası ilə yazıya alınan epitafiya mətnlərinin bəziləri e. ö. II əsrə aiddir».

Həmin abidələrə istinadən D.Xvolson yazır: «Heç kəs deyə bilməz ki, eradan əvvəl Qafqazda və Krımda türk yaşamamışdır».

İlhami Cəfərsoy

AMEA Dilçilik İnstitutu Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru

Hazırlad və təqdim etdi: Elçin Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN