“Burdan üzümü Səbuhiyə tutub demək istəyirəm ki, deyəsən, mənim vasitəmlə reklam olunmaq istəyirsən. Onu etmə, alınası şey deyil. Bilirsən ki, xalq məni çox istəyir, adım gələn yerə hamı baxır. Onu sənə rəva bilməzdim. Yadına salmaq istəyirəm ki, həmişə qurban olduğun ağdamlıların ən “paçotnusu” mənəm”.

Bu sözləri müğənni Tacir Şahmalıoğlu instaqramda paylaşdığı videoda Səbuhi Mustafayev haqqında deyib.

Daha sonra ifaçı Pünhan Piriyevə ismarıc göndərib: “Pünhana isə demək istəyirəm ki, oğlum, sən mənə irad tuta bilmərsən. Buna yaşın da çatmaz, mənə nöqsan tutmaq sənin başın üçün deyil. Sən get, bir az musiqi ilə məşğul ol”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN