Bu şeirin mövzusu Milli Məclisin Vitse-spikeri Fəzail İbrahimlinin bir söhbətindən yarandı:
"Deputat seçildiyim Cəlilabadın Həziabad kəndinə, bu kəndin ilk Vətən müharıbəsi Şəhidinin dəfninə
getmişdim. Kəndə aparan 10 kilometrlik yol bərbad haldaydı. "Azəravtoyol"un rəhbəri, çox hörmətli 
Saleh Məmmədovdan xahiş etdim ki, Şəhidin Qırx gününə kimi imkan edib bu yolu qaydaya
saldırsın. Var olsun Saleh müəllim, sözüm yerə düşmədi... Sonra kəndin daha bir neçə şəhidi gəldi..."
...Kəndin baş ucundakı uca Vətən Bayrağı
bir azca endirildi,
yoldan məzarlığadək qərənfillər düzüldü,
yerə qoyub silahı, dostlarından niğaran--
kəndə Şəhid gəlirdi.
Ölümdən bir kimsənin xilas sığortası yox,
ya həyat var, ya ölüm--şərikli ortası yox.
Amma ki, alovların ortasından çıxaraq,
Ordunun qüdrətinə canlı şahid gəlirdi,
yolları bərbad olan bir dağın döşündəki
kəndə Şəhid gəlirdi.
Kəndə Şəhid gəlirdi -Şuşadan, Zəngilandan,
Hədrutdan, Füzulidən, məhbus "Suqovuşandan",
Cəbrayıldan, Laçından...
gəlirdi qisas alıb
xain düşmən xaçından!
Bir Ana övladının böyüdüyü otağın,
həmişəlik olaraq, qapısın bağlayırdı,
bir məzarın başında millət yas saxlayırdı,
arada göy üzündən soyq damlalar düşür--
buludlar arxasında Mələklər ağlayırdı.
Baş daşından irəli, hər kəsin ürəyində,
bir heykəl dikəlirdi.
Tabutunun üstündə qəhrəman bir cavanın
ibadət yeri olan Bayrağı titrəyirdi,
Vətən sağ qalsın deyə,
kəndə Şəhid gəlirdi...
25.XII.2021.
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN