Media və Mülki Cəmiyyət İctimai Birliyi “Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi və tanıdılması” mövzusunda yeni layihəyə start verib. 

Fevral ayının 1-dən başlayan layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Bu barədə Avropa.info-ya layihənin rəhbəri, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov məlumat verib. X.Əhmədov bildirib ki, layihə Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsinə həsr edilib. Layihə çərçivəsində şəhid adlarının əbədiləşdirilməsi və tanıdılması istiqamətində təşəbbüslər, onların ailələrinin yad edilməsi, görüşlərin təşkili və digər təbliğati işlərin həyata keçirilməsi nəzərdə tutulub.  Həmçinin Yardımlı rayonunun Şiləvəngə kəndində  Şiləvəngə, Mamulğan, Ökü və Gavran kəndlərindən olan şəhidlərin adlarını əbədiləşdirmək üçün xatirə kompleksi və bulaq tikiləcək.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN