“Dəvət edildiyim sosial verilişlərdə aparıcı sual verir, ürəyimin təmizliyindən səmimi cavab verirəm. Sonradan görürəm ki, bu sözləri şişirdib şəxsi həyatımı müzakirə edirlər. Bu da ailəmdə problemlər yaradır”.

Bu sözləri tanınmış aktyor, Əməkdar artist Rəhman Rəhmanov yerli mətbuata açıqlamasında deyib.

Aktyor son vaxtlar sosial şəbəkələrdə şəxsi həyatı ilə bağlı yalan məlumatların yayıldığını və bu cür söz-söhbətlərin ailəsində narazılıq yaratdığını bildirib: “Bu gün bəzi ağzıgöyçəklər yazırlar ki, Rəhman iki arvad saxlayır. Xeyr, belə deyil. Yalan məlumatlar ailəmdə söz-söhbətlərə səbəb olur. Belə şeylər lazım deyil. Mənim bir həyat yoldaşım var. O biri həyat yoldaşımdan 28 il əvvəl məhkəmə yolu ilə ayrılmışam. İllər öncə bir verilişə müsahibə vermişdim, onda keçmiş xanımımı da evə dəvət etdik. Dedik ki, uşaqların xatirinə münasibət yaradırıq. Axı onda uşaqlar balacaydı, onlara mənəvi əzab yaşatmaaq olmazdı. Amma indi uşaqlarım böyüyüb. Gərək boşananda da elə boşanasan ki, uşaqlara zərbə dəyməsin, biz də dost kimi ayrıldıq. Həmin verilişi əllərində bayraq edib yalan xəbərlər yayırlar ki, guya iki arvad saxlayıram.

İki xanımla eyni evdə yaşamaq mümkünsüzdür. Qanun var, qayda var. İkincisi də, mənim olan-qalan bir otağım var. Şəraitsiz evdə yaşayırıq. Bunu yenə də təkrar edirəm, hər kəs bilsin: “Xanımımla rəsmi nikahdayıq”. O biri ilə də rəsmən boşanmışam. Bir də şəxsi həyatım barədə dedi-qodu eşitsəm, həmin şəxsləri məhkəməyə verib, külli miqdarda təzminat alacam”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN