“Bütün dünyada 35 yaşdan əvvəl evlənənlərə pis baxırlar.
O yaşa qədər təhsil alır, dünyanı tanıyır, özünə həyat qurur, artıq evlənməyə də pulu olur. Artıq pulları olandan sonra evlənirlər, bu, nikah, vətəndaş nikahı, kəbinlə ola bilər. İstəsələr, dünyaya övlad gətirirlər.
Azərbaycanda necə olur? Bizdə 16 yaşdan sonra qoca kişi və qarımış qız anlayışı ortaya çıxır. 16 yaşı tamam olan qızı Rusiyadan gələn 40 yaşlı adama, qoca kişiyə ərə verirlər, nədir-nədir, pulu var. Bilmirlər manyakdır, narkomandır, Rusiyada 3 arvadı var. Qız da uşaq dünyaya gətirir, sonra seriallara baxır, sosial şəbkəyə baxır. Amma oxumayıb, ailəni saxlaya bilməyəcək. Nə edir? Yaxşı vəkil tutur, uşaqdan silah kimi istifadəyə çalışır. Vəkillərin çoxu da dələduzlar olur, hər iki tərəfdən pul alıb, işi Ali Məhkəməyə kimi süründürürlər. Məqsəd ya ev qoparmaq, ya da aliment almaqdır”.
Bunu Cebhe TV-nin canlı efirində tanınmış yazıçı-kulturoloq Aydın Xan deyib. O, bütün bunların genefonda təsirindən də danşıb:
“Şəhərə baxın. Nə qədər dönərxana var. Energetik içkilərin qabı hər yerdə atılır. Mən hələ narkotiki demirəm, genetik fondumuz məhv olur. Çox az adam var ki, öz arvadıyla kafe-restorana gedir. Gedin, monitorinq keçirin. Öz arvadı, ailəsi ola-ola başqa qadınlarla, həmin o boşınmış, boşatdırılmış qadınlarla kafe-restorana gedirlər. Bizim mentalitetdə qadın restorana-kafeyə getmir, hansısa tədbirdə gedə bilər, amma gündəlik gedib oturmur axı.
Başqa qadınlarla otellərə o qədər getdilər ki, dövlət məcbur oldu qanunsuz olsa da, bu məkanlara ancaq rəsmi nikah şəhadətnaməsi ilə buraxdı”.
TEZADLAR.AZ