Qazaxıstanda qəzaya uğrayan təyyarədən sağ çıxanlardan biri təyyarənin yerə çırpılması zamanı huşunu itirdiyini bildirib. Onun sözlərinə görə, fəlakətdən sağ çıxa biləcəyini ağlına belə gətirməyib.

“Təyyarə yerə dəyəndə necə sağ çıxdığımı xatırlamıram, əlbəttə ki, ölümün üzünə baxmaq qorxulu idi”, - sağ qalan Uvays Ediyev "İzvestiya"nın müxbiri ilə söhbətində hadisəni belə xatırlayır.

Qəzaya uğrayan təyyarənin sağ qalan digər sərnişini Sübxonkul Rəhimov da Ediyevin sözləri ilə razılaşır. Kişi onu da qeyd edib ki, belə bir vəziyyətdə sağ qala biləcəyini ağlına belə gətirmirdi.

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəzadan sonra təyyarə yanmağa başlayıb.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 67 nəfər olub. Respublika Nəqliyyat Nazirliyi əlavə edib ki, onların arasında 16 Rusiya, 37 Azərbaycan, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olub.

Daha əvvəl xəbər verildiyi kimi, 32 nəfər sağ qalıb və xəstəxanaya yerləşdirilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN