Bakı şəhəri 67 nömrəli tam orta məktəbdə şagirdlərdən "fond pulu” tələb edilir.

"Üç gündür 67 nömrəli tam orta məktəbdə "fond pulu" yığımı ilə bağlı əsəb keçirirəm. Sabahdan etibarən qızımı məktəbə göndərməmək qərarına gəldik".

Bunu ötən gün jurnalist Həbibə Abdulla öz feysbuk səhifəsində paylaşdığı statusda bildirib. O yazıb ki, bu məsələyə aydınlıq gələnə qədər, VMA (Valideyn-Müəllim Assosiasiyası) deyilən qurumun məktəbdəki fəaliyyətinin məqsədi, məramı, qanuniliyi Təhsil Nazirliyi səviyyəsində izah edilənədək övladını məktəbə göndərməyəcək.

Valideynin bu paylaşımına şərh yazanlar bildiriblər ki, qeyd olunan problemə təkcə 67 nömrəli məktəbdə deyil, paytaxtın bir çox təhsil ocağında rast gəlinir.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov da fikir bildirib. O, H.Abdullanın paylaşımına məsələyə aydınlıq gətiriləcəyini yazıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN