"PANDEMİYA ƏN BÖYÜK ZİYANI ORTA MƏKTƏB ŞAGİRDLƏRİNƏ VURUR"
Məlumdur ki, hər yeni tədris ili ərəfəsində paytaxtın müxtəlif yerlərində məktəbli yarmarkaları təşkil olunurdu. Ancaq bu il epidemioloji vəziyyətlə əlaqədar məktəbli yarmarkalarının açılışına icazə verilməyib. Məsələ ondadır ki, iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verildiyi halda, məktəbli yarmarkalarının açılması qadağan edilib. Səbəb?