Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristian Vaqner vəziyyəti Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailin baş naziri Benyamin Netanyahu və Rusiya prezidenti Vladimir Putinin həbsinə dair orderlər verməsi ilə müqayisə edib.

Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Diplomatın sözlərinə görə, bu vəziyyətlər fərqlidir. Bildirilir ki, İsrail Fələstinin HƏMAS hərəkatının hücumunun qurbanı olub, Rusiyanın 2022-ci ilin fevralında etdiyi hərəkətlər isə beynəlxalq hüququn pozulmasıdır.

“Putinlə bu müqayisədə bir daha vurğulamaq istərdim: bu halda tamamilə fərqlidir, çünki Rusiyada İsraildən fərqli olaraq işləyən ədliyyə sistemi yoxdur”, - o deyib.

Qeyd edək ki, bundan əvvəl Beynəlxalq Cinayət Məhkəməsi Netanyahunun həbsinə order verib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN